Baku Electronics Gəncə mağazasını yenilədi - Məhsulları 50%-dək endirim ilə satır!
Yenilənmiş Gəncə mağazasında 50%-dək endirim!(®)Baku Electronics Gəncə mağazasının yenilənərək alıcıların istifadəsinə verilməsi ilə bağlı tədbir təşkil edilib.
Yenilənmiş mağazanın açılış tədbiri rəsmi, interaktiv, əyləncə, hədiyyəli oyunlar və musiqi hissəsindən ibarət olub. Baku Electronics mağazalar şəbəkəsinin satış üzrə departament müdirinin iştirakı ilə mağaza yenidən rəsmi olaraq gəncəlilərin istifadəsinə verib.
Açılış nitqi və lentkəsmə mərasimindən sonra qonaqlara mağaza və yenilənmiş mağazanın açılışı münasibətilə keçirilən kampaniya haqqında məlumat təqdim edilib.
Xatırladaq ki, mağaza Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsi və Şah İsmayıl Xətai prospektinin kəsişməsində yerləşir. Yenilənmiş mağazada alıcılara yerli və beynəlxalq brendlərə məxsus müxtəlif növ elektronika məhsul çeşidləri sərgilənir.
Mağazanın yenilənməsi və yenidən istifadəyə verilməsi ilə bağlı 25 yanvar tarixinədək 50%-dək endirim və ilkin ödənişsiz, faizsiz, komissiyasız, 18 ayadək hissəli ödəniş imkanı alıcıları gözləyir.
Xatırladaq ki, Baku Electronics 29 ildən artıqdır ki, alıcılar üçün hər şeydən öncə yüksək keyfiyyətli məhsullar, etibarlılıq və güvən ifadə etməkdədir.
Baku Electronics Samsung, LG, Bosch, Sony, Huawei, Xiaomi, Tefal, Rowenta, Panasonic, HP, Acer, Philips, Lenovo, Kenwood, Braun, Delonghi və onlarla digər dünyada tanınmış markaların rəsmi distribüteri, Apple brendinin isə rəsmi satış təmsilçisidir.
Elektronika və məişət texnikası bazarında aparıcı mövqe tutan Baku Electronics-in paytaxt və regionlarda artıq 30-dan çox mağazası, eyni zamanda elektron ticarət üçün www.bakuelectronics.az vebsaytı fəaliyyət göstərir.
Baku Electronics haqqında xəbərlərdən, kampaniyalarından xəbərdar olmaq və endirim fürsətlərini əldən verməmək üçün şirkətin rəsmi səhifələrini izləməyi unutmayın.
https://www.linkedin.com/company/bakuelectronics
https://www.instagram.com/bakuelectronics.az
https://www.facebook.com/Bakuelectronics.MMC
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
11 d. əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüş olub, geniş tərkibdə görüş başlayıb
-
24 d. əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15%-lə 4 milyon manat borc aldı
Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar

























