Azərbaycanın ödəniş təşkilatları kredit verə biləcəklər
Xəbər verdiyimiz kimi, Mərkəzi Bank “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nı təsdiq edib.
Marja.az xəbər verir ki, Qaydaların 9-cü bəndi ödəniş təşkilatlarının və elektron pul təşkilatlarının (məsələn, hesab.az, e-pul, m10 və s.) kreditin verilməsi fəaliyyətini tənzimləyir.
Qeyd edilib ki, kredit köçürməsi (ödəniş tapşırığı) (9.1), birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının aparılması üçün ödəniş əməliyyatını aparan təşkilat tərəfindən təşkilatın ödəniş xidmətindən istifadə edən ödəniş xidməti istifadəçisinə kredit verilə bilər. Kredit Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, aşağıdakı tələblər gözlənilməklə verilir:
9.1.1. bu Qaydanın 9.1.2-ci yarımbəndinin tələbi nəzərə alınmaqla, kredit bir ödəniş əməliyyatı üzrə 50 (əlli) manatdan çox olmamaqla yalnız milli valyutada 2 (iki) aydan çox olmayan müddətə verilir;
9.1.2. alınan kredit tam geri qaytarılmayanadək həmin ödəniş xidməti istifadəçisinə yeni kredit verilmir;
9.1.3. təşkilatın məcmu kapitalı bu Qayda ilə müəyyən edilən tələblərdən aşağı olduqda kredit verilmir;
9.1.4. verilmiş kreditlərin ümumi məbləği təşkilatın məcmu kapitalının 10%-dən çox ola bilməz;
9.1.5. kredit verildiyi tarixdən 2 (iki) ay ərzində qaytarılmadıqda ümidsiz aktiv hesab edilir və belə kreditlərin həcmi verilmiş kreditlərin ümumi məbləğinin 10%-ni aşdıqda təşkilat tərəfindən kredit verilmir.
Qeyd edilib ki, Qaydanın 9.1-ci bəndində müəyyən edilən tələblər çərçivəsində ödəniş xidməti istifadəçilərinə verilən kreditlər yalnız təşkilatın öz vəsaitləri hesabına maliyyələşdirilir. Təşkilat ödəniş xidməti istifadəçilərindən qəbul edilən vəsait hesabına kredit verə bilməz.
Təşkilat verilmiş kreditlər barədə hesabatı aylıq əsasda növbəti ayın ilk 5 iş günündən gec olmayaraq Qaydanın 6 nömrəli Əlavəsinə uyğun olaraq Mərkəzi Banka təqdim etməlidir.
“Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası” ödəniş təşkilatının və elektron pul təşkilatının minimum nizamnamə kapitalına və məcmu kapitalın minimum miqdarına dair tələbləri, məcmu kapitalın hesablanması qaydasını, strukturunu və tərkibini, valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi və ödəniş xidməti istifadəçilərinə kreditlərin verilməsi qaydasını, elektron pul təşkilatı tərəfindən qəbul edilmiş pul vəsaitinin investisiya edilə biləcəyi aşağı riskli likvid aktivləri, əməliyyat və ya təhlükəsizlik insidentləri barədə məlumat verilməsi hallarını və qaydasını, həssas ödəniş məlumatları ilə prosedurlara dair tələbləri müəyyən edir. Hazırki Qayda həmçinin, ödəniş təşkilatı və elektron pul təşkilatının fəaliyyət proqramı və biznes-planına, daxili nəzarət və risklərin idarəetmə sistemlərinə, o cümlədən ödəniş xidmətlərinin göstərilməsi üzrə təhlükəsizlik tədbirlərinə, fövqəladə hallarda fəaliyyətinin davamlılığına və bərpa planına dair tələbləri, müstəsna olaraq hesab üzrə məlumat xidməti göstərmək istəyən ödəniş təşkilatı üçün mülki məsuliyyətinin sığortasının (qarantiyanın) minimum miqdarını, informasiyanın mühafizəsinin təmin edilməsinə dair tələbləri, habelə ödəniş təşkilatı və elektron pul təşkilatının fəaliyyətinə dair hеsаbаtların formasını, məzmununu və təqdim edilməsi qaydasını müəyyən edir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 32 d. əvvəl
-
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
2 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
2 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb
























