Azərbaycanı dünya çempionatında təmsil edəcəklər
UNEC tələbələri “Enactus” beynəlxalq proqramının “World Cup” yarışına vəsiqə qazanıblar.
“Enactus Azərbaycan” XII Milli Yarışının yekun nəticəsinə əsasən birinciliyə layiq görülən UNEC komandası dünya kubokunun sahibi olmaq üçün 36 ölkənin təmsilçisi ilə mübarizə aparacaq. “Enactus” proqramı üzrə qaliblər innovativ yanaşma, layihələrin sosial effekti, ekoloji standartların qorunması, biznes-etikanın gözlənilməsi, maliyyə idarəçiliyi, nitq qabiliyyəti, təşkilatçılıq və digər meyarlar əsasında müəyyən edilir.
Tələbələr arasında sahibkarlıq fəaliyyətini inkişaf etdirmək və gələcəyin sahibkarlarını yetişdirmək məqsədi daşıyan “Enactus” beynəlxalq proqramının final mərhələsində Azərbaycan təmsilçiləri üç biznes layihə ilə yarışacaqlar. Sentyabrın 26-da Londonda keçiriləcək yarışda “Proboard” (istifadəsiz bannerlərdən proyektor pərdəsinin hazırlanması), “From waste of food to great business” (Qida tullantılarından alınan gübrədən bitkilərin yetişdirilməsi və botanik kafenin yaradılması) və “Misgər” (Sənətkarlıq məhsullarının satışı) biznes layihələrini təqdim edəcəklər.
UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi, SABAH Mərkəzi və İqtisadiyyat fakültəsinin tələbələrindən ibarət komanda bu proqramda iştirak etməklə həm də dünya gənclərinin biznes və təhsil sahəsində işgüzar danışıqların aparılması üçün yaradılan platformaya qoşulmuş olacaqlar.
Qeyd edək ki, Enactus (Entrepreneurial Action Us) beynəlxalq proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulmuşdur. 1996-cı ildən etibarən dünyanın bir çox ölkələrində proqram üzrə milli yarışlar keçirilməyə başlanılmış və 2001-ci ilin iyul ayında ilk dəfə Londonda Dünya Kuboku yarışı keçirilmişdir. 2005-ci ildən Azərbaycan “Enactus” proqramına qoşulmuş, Dünya Kubokları yarışlarında iştirak etmək hüququnu qazanmışdır. Dünya üzrə “Enactus” proqramına 50-ə yaxın ölkə, 1600-dan çox ali təhsil müəssisəsi və 50000-dən çox tələbə qoşulmuşdur.
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






