“Burada boş yer olmur”
Naftalanda beynəlxalq səviyyəli yeni istirahət və sağlamlıq mərkəzləri - “Çinar”, “Qaşaltı”, “Qarabağ” kimi dünya standartlarına cavab verən mərkəzlər fəaliyyətə başlamışdır. Artıq nəinki isti yay aylarında, hətta qış fəslində də Naftalan turistlərin diqqətini cəlb edir. Məhz bunun nəticəsidir ki, keçən il burada dincələn və müalicə olunan turistlərin sayı 35 min nəfərə çatmışdır ki, onun da 40 faizə qədərini 52 ölkədən olan xarici vətəndaşlar təşkil etmişdir.
“Qaşaltı” sağlamlıq mərkəzinin baş həkimi Şahin Babayev bildirib ki, bu sağlamlıq mərkəzi 350 yerlikdir və demək olar ki, ilin bütün fəsillərində burada boş yer olmur:
“Bu da ondan irəli gəlir ki, etdiyimiz müalicələr effektli olur. Bir gələn bir də gəlir. Hazırda mərkəzdə 70-dən artıq xəstəliyin müalicəsi aparılır. Xəstələri ən müasir tibb avadanlıqları ilə müayinə edir, müalicə aparırıq”.
Müalicə kursu keçən Rusiya Federasiyasının Krasnoyarsk şəhərindən gəlmiş Sergey Mosetsev dedi ki,” ikinci ildir burada müalicə alıram. Çox böyük nəticələr görürəm. Keçən il 10 naftalan vannası qəbul etmişdimsə, bu il həkimlər 5-ni məsləhət gördülər. Xidmətdən də çox razıyam”.
Qazaxıstanlı Vladimir İqzotov həyat yoldaşı Tatyana ilə birlikdə gəlmişdi. O dedi ki,” Azərbaycanda belə bir yerin olduğunu turizm bürosundan öyrəndim. İndi görürəm ki, bura gəlməkdə yanılmamışıq. Özümüzü çox gümrah hiss edirik. Müalicə ilə yanaşı, yaxşı dincəlirik. Bunun üçün şəhərdə hər cür şərait yaradılıb. Axşamlar Azərbaycanın incəsənət ustalarının konsertlərini dinləyirik. Hərdən ətraf bölgələrə ekskursiyalar da təşkil edilir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























