Qlobal çip satışlarında ikirəqəmli artım gözlənilir
Yarımkeçiricilər Sənayesi Assosiasiyası (SIA) bu il qlobal çip satışlarında 13,1 faiz artımın gözləndiyini açıqlayıb.Qlobal çip satışlarında ikirəqəmli artım gözlənilir
Marja.az xəbər verir ki, Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (SIA) yaydığı açıqlamada, qlobal yarımkeçirici satışlarının 2023-cü ildə 8,2 faiz azalaraq 526,8 milyard dollar olduğu qeyd edilib.
Açıqlamada 2023-cü ilin ikinci yarısında satışların artdığı, 2024-cü ildə isə dünya üzrə yarımkeçirici satışlarının 13,1% artmasının gözlənildiyi bildirilib.
Açıqlamada, Avropanın 2023-cü ildə illik artımı qeydə alan yeganə bazar olduğu və bölgədə satışların 4% artdığı qeyd edilib.
Açıqlamada, ötən il bütün digər regional bazarlarda satışların azaldığı, satışların Çində 14 faiz, Asiya-Sakit okean regionunda 10,1 faiz, Amerikada 5,2 faiz, Yaponiyada isə 3,1 faiz azaldığı bildirilib.
"Uzunmüddətli perspektiv çox güclüdür"
Açıqlamada fikirləri yer alan SİA prezidenti və baş icraçı direktoru John Neuffer qlobal yarımkeçirici satışlarının 2023-cü ilin əvvəlində yavaşladığını, lakin ilin ikinci yarısında güclü şəkildə bərpa olunduğunu və 2024-cü ildə ikirəqəmli artımın gözləndiyini bildirib.
"Yarımkeçiricilər bazarı üçün uzunmüddətli perspektiv son dərəcə güclüdür, çiplər dünyanın asılı olduğu saysız-hesabsız məhsullarda daha böyük və daha mühüm rol oynayır", - Neuffer deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
9 d. əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
-
- 10 d. əvvəl
- 11 d. əvvəl
-
15 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
15 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Pezeşkian Əliyevə zəng edib
Expressbank 4 nominasiya üzrə mükafatlandırılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər


















