Fed: Daha sürətli faiz artırmaq lazım ola bilər

Fed protokolları: Mərhələli faiz artırmaq risk daşıyır
"Marja" xəbər verir ki, ABŞ Mərkəzi Bankı (FED) Federal Açıq Bazar Komitəsinin (FOMC) Dekabr ayı iclasının protokolları dərc olunub.
Protokollara görə, Fed rəsmiləri Dekabr ayında təşkil etdikləri iclasda mərhələli faiz artırmağın riskini müzakirə ediblər. Fed rəsmilərinin böyük bir qismi, yüksək inflyasiyanın qarşısını almaq üçün faiz artırımlarını sürətləndirmək məcburiyyətində qalacaqları barədə narahatdırlar.
Dekabrın 13-14-də keçirilən iclasda maliyyə siyasətində genişlənmənin mümkün təsirlərinə diqqət yetirilib. İştirakçıların demək olar ki, hamısı, "gələcək illərdə tətbiq ediləcək maliyyə siyasətində genişlənmənin nəticəsi olaraq iqtisadi artım proqnozlarının üzərindəki yuxarı istiqamətli risklərin artdığını" bildirib. Qeyd edək ki, ABŞ-ın yeni prezidenti Donald Trump maliyyə siyasətini genişləndirəcəyini, investisiyaları artıracağını vəd verib. Bu da iqtisadiyyatın yenidən qızmasına və inflyasiyanın həddindən artıq yüksəlməsinə səbəb ola bilər.
Maliyyə siyasətinin, indiki iqtisadi artım proqnozlarından daha sürətli iqtisadi artıma səbəb ola biləcəyi ilə əlaqədar risklərə verilən önəmə baxmayaraq, komitənin əksər üzvü qarşıdakı illərdə "mərhələli" faiz artırmağın hələ də məqsədəuyğun olduğu fikrindədirlər.
Bir neçə üzvün son gələn inflyasiya rəqəmləri və məşğulluq bazarında davam edən güclənmə səbəbindən daha sərt pul siyasətinin uyğun olacağına dair fikirləri də protokollarda əks olunub.
Federal Açıq Bazar Komitəsinin (FOMC) 13-14 Dekabr 2016-cı il tarixlərində keçirilmiş iclasında faiz 0,25-0,50 aralığından 0,50-0,75 faiz aralığına qaldırılmışdı.
Həlledici görüşün protokollarında, "Bütün üzvlər, dekabr iclasında federal maliyyələşmə nisbətində 25 faiz bəndi artıma gedilməsini uyğun gördü" ifadəsinə yer verilib.
AŞAĞI FAİZLƏR FED-İN MÜMKÜN ŞOKLARA MÜDAXİLƏ İMKANLARINI MƏHDUDLAŞDIRIR
Protokollarda, FED-in 2017-ci ilin sonuna dair orta faiz nisbəti proqnozunu 1,1%-dən 1,4%-ə yüksəltməsinin bir neçə üzvünün proqnozlarını yüksəltməsindən qaynaqlandığı bildirilib.
Buna qarşı, gələcək bir neçə ildəki faiz artımlarının, inadla aşağı qalan məhsuldarlıq artımı, güclənməyə davam edən dollar və yavaş qlobal böyümə kimi amillər səbəbilə mərhələli olacağının vurğulandığı protokollarda, "Bu iclasdakı faizin artırılmasına baxmayaraq, hələ də faizlərin sıfıra yaxın olması, FED-in iqtisadiyyatdakı mümkün şoklara qarşı müdaxiləni artırmaq qabiliyyətini məhdudlaşdırır" - şərhinə də yer verlib.
Protokollarda, ABŞ bazarlarında keçən noyabr ayında keçirilən prezident seçkisinin ardından baş verən proseslərə toxunularkən, "Bazar aktyorları ilə aparılan sorğular, ABŞ dövlət istiqrazı faizlərində artım, aktiv qiymətləri və dollarda yüksəlişin ən əhəmiyyətli səbəbinin dövlət xərcləri və vergi siyasətinə dair gözləntilərin dəyişməsi olduğunu ortaya qoydu" ifadələrinə yer verilib.
İLİN İLK TOPLANTISI 31 YANVAR - 1 FEVRALDA
Fed, dörd faiz artımı gözləntisilə başladığı 2016-nı dekabr toplantısında etdiyi yeganə faiz artımı ilə bağldı. Fed 2017-də faiz artımı gözləntisini ikidən üçə qaldırıb.
Fed-in builki səkkiz toplantısından ilki isə 31 Yanvar - 1 Fevral tarixlərində Vaşinqtonda keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 18 saat sonra
-
5 d. əvvəl
Sahibkarlar üçün ƏDV limiti 2 dəfə artırıla bilər - 200 min manatdan 400 min manata!
-
-
17 d. əvvəl
“Park Yasamal”da uzunömürlülük və komfort ventilyasiyalı fasadla təmin olunur - "Kristal!"
-
25 d. əvvəl
SOCAR ABB şirkətilə innovativ texnologiyalar ilə resursların idarə edilməsi məsələsini müzakirə edib
- 54 d. əvvəl
-
2 saat əvvəl
Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 11 %-ə yaxın artırıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azerconnect Group” Qazaxıstan – Azərbaycan biznes forumunda iştirak edib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Azərbaycan Banklar Assosiasiyası"nın nəzdində Şəriət Şurası yaradılır
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Sahibkarlar üçün ƏDV limiti 2 dəfə artırıla bilər - 200 min manatdan 400 min manata!

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 11 %-ə yaxın artırıb

Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Ən çox oxunanlar

Sahibkarlar qeyri-yaşayış obyektlərinin sənədləşdirilməsi ilə bağlı yaradılan imkandan istifadə edə bilərlər

“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsi elan edildi

Azərbaycan fondu bu il əlavə 38 tondan çox qızıl alıb, ehtiyatını 185 tona yaxınlaşdırıb
