Rusiyanın neft ixracında qərbin payı 60%-dən 15%-ə düşüb
Baş nazirin müavini Aleksandr Novak qeyd edib ki, şərq istiqamətində tədarükün payı 40%-dən 85%-ə yüksəlib.Rusiyadan qərb istiqamətində neft tədarükünün bu məhsulun ümumi ixracında payı 60%-dən 15%-ə düşüb, şərq istiqamətində isə 40%-dən 85%-ə qədər artıb.
Marja.az xəbər verir ki, bunu Rusiya baş nazirin müavini Aleksandr Novak Federasiya Şurasında təqdimatında bildirib.
"2021-ci ildə ixracımız indiki kimi təxminən 230 milyon ton neft təşkil etmişdi. Bunun təxminən 60%-i qərbə, 40%-i isə şərqə tədarük edilmişdi. İndiki şəraitdə neftin 15%-i qərb istiqamətində, 85%-i şərq istiqamətində ixrac edilib”,- Novak deyib.
Baş nazirin müavininin sözlərinə görə, indiki şəraitdə geosiyasi vəziyyəti dəyişmədən qərb istiqamətində daha çox neft tədarük etmək mümkün deyil.
Novakın təqdimatında qeyd edilib ki, 2023-cü ildə Rusiya Federasiyasından neft ixracı 3,3% azalaraq 234,3 milyon tona düşüb. 2022-ci ildə bu rəqəm 242,2 milyon ton təşkil etmişdi. Energetika Nazirliyi rəhbərinin birinci müavini Pavel Sorokinin təqdimatında bildirilib ki, 2023-cü ildə Rusiya neftinin Asiya-Sakit okean regionuna ixracı 193 milyon ton təşkil edib.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb






.jpg)










.jpg)



