MSK prezident seçkilərinə yekun vurdu - Təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilir
İlham Əliyev 92,12% səslə qalib olubMSK növbədənkənar prezident seçkilərinə yekun vurub, İlham Əliyev 92,12% səslə qalib olub
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
İclasda 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezidentinin seçkilərinə yekun vurulması və MSK-nın seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsi müzakirə olunub.
Məsələ barədə MSK sədrinin Rövzət Qasımov məlumat verib. Qeyd edilib ki, seçkilərə start verildikdən sonra qeydə alınmış 7 prezidentliyə namizədin öz platformalarını sərbəst surətdə seçicilərə çatdırmaları üçün qanunvericiliyə uyğun bütün imkanlar və istisnasız bərabər şərait yaradılıb, seçkiqabağı təşviqat subyektləri imkanlardan heç bir maneə olmadan sərbəst şəkildə istifadə ediblər. Seçkiqabağı mühit azad və müasir tələblərə cavab verən səviyyədə olub.
Səsvermənin qanunvericiliyə uyğun keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb və seçicilər yüksək fəallıq nümayiş etdiriblər. Respublikanın bütün coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar vasitəsilə səsvermə günü seçkiləri “online” izləmə imkanları təmin olunub. O, seçkilərin qanunvericiliyə uyğun keçirilməsində üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərinə görə Milli Məclisə, Nazirlər Kabinetinə, bir sıra nazirlik və komitələrə, mediaya təşəkkür edib.
MSK sədri Məzahir Pənahov Seçki Məcəlləsinin 203.1 maddəsinin tələbini xatırladaraq qeyd edib ki, MSK səsvermə günündən başlayaraq 10 gündən gec olmayaraq seçkilərə yekun vurmalı və nəticələri təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndərməlidir. Sonra o, MSK-nın üzvlərini fevralın 7-də keçirilmiş növbədənkənar prezidenti seçkilərinin nəticələri barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası protokolunun təsdiq edilməsi və seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında qərar layihəsinin mətni ilə tanış edib. Komissiyanın sədri üzvlərdən həmin layihəyə münasibət bildirməyi xahiş edib. Mərkəzi Seçki Komissiyasının üzvləri qərarın lehinə səs verib və Protokolu imzalayıblar.
Mərkəzi Seçki Komissiyası qərara alıb ki, 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərinin nəticələri barədə Mərkəzi Seçki Komissiyasının Protokolu təsdiq edilərək seçkilərə yekun vurulsun. Həmçinin MSK Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar çıxarılıb. Mərkəzi Seçki Komissiyasının Protokolunun dərci barədə də qərar qəbul edilib.
Komissiyanın müəyyən etdiyi nəticələrə görə, İlham Heydər oğlu Əliyev seçkilərdə iştirak etmiş seçicilərin 92,12 faizinin səsini (4 567 458 səs) qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Növbədənkənar prezident seçkilərində seçici fəallığı 76,43 faiz olub.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
23 d. əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
-
- 37 d. əvvəl
- 50 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
-
15 saat əvvəl
17% gəlir təklif edən istiqrazlaırın yerləşdirilməsi üzrə hərrac tarixi açıqlandı
-
16 saat əvvəl
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
-
16 saat əvvəl
Avropa Komissiyası SOCAR-ın İtaliya şirkətinin səhmlərini almasını təsdiqləyib
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Ən çox oxunanlar
Bank kuryer xidməti üzrə tenderi elan edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
“Yelo Bank”a 2 yeni icraçı direktor təyin edilib
Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq





















