Azərbaycanda ilk dəfə olaraq Səyyar Fitosanitar Laboratoriya fəaliyyətə başlayıb
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) ilk dəfə olaraq fitosanitar sahədə fəaliyyət göstərəcək yeni Çadır tipli Səyyar Fitosanitar Laboratoriya işə başlayıb.
AQTA-nın yaydığı məlumatda bildirilir ki, fitosanitar sahədə nəzarətin daha da gücləndirilməsi və işin səmərəli təşkili məqsədilə səyyar laboratoriyada bitkilərə ziyan vuran həşərat və gənələr, fitopatogen nematodlar, alaq otları və onların toxumları, göbələk, virus və bakteriya xəstəliklərinin müayinələrinin aparılması üçün hər cür şərait yaradılıb. Səyyar laboratoriyanın üstünlüyü onun respublikanın ən ucqar ərazilərində belə rahatlıqla qısa müddətdə qurulmaqla fəaliyyətə tam hazır olmasıdır. Laboratoriya bilavasitə xəstəlik ocağında qısa müddət ərzində quraşdırılmaqla xüsusi təyinatlı müayinələrin aparılmasına imkan verir. Bu isə müayinələrin vaxtında və yerində aparılması, diaqnostikanın operativliyinin təmin edilməsi üçün çox əhəmiyyətlidir.
Eyni zamanda Çadır tipli Səyyar Fitosanitar Laboratoriya regionlarda aparılan monitorinqlər zamanı bitki və bitkiçilik məhsullarında mövcud olan zərərverici və xəstəliklərin qısa müddətdə aşkarlanmasına imkan yaradır. Belə ki, respublikanın hər hansı ərazisində bitkilərdə karantin tətbiq edilən zərərverici və xəstəliklərin böhran vəziyyəti yaranarsa, bu ərazilərdə monitorinqin aparılması, nümunələrin çöl şəraitində səyyar laboratoriyada diaqnostikası mümkün olacaq. Eləcə də laboratoriyanın fəaliyyəti regionlarda müxtəlif zərərli orqanizmlərin yayılması riski olduğu halda, qısa müddət ərzində xəstəliklərin aşkarlanmasına imkan yaradır ki, bu da yüksək hazırlıq səviyyəsi hesab edilir. Bunun üçün laboratoriyada yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir.
Həmçinin səyyar laboratoriya kifayət qədər nümunə üzərində sınaqların həyata keçirilməsinə imkan verir. Aparılan müayinələr növündən asılı olaraq, bir neçə dəqiqədən bir neçə saata qədər yekunlaşa bilir. Laboratoriyada bir istiqamətli iş axını təmin edilib. Müayinələr morfoloji, klassik mikrobioloji və molekulyar səviyyədə həyata keçirilə bilir. Laboratoriya yüksək keyfiyyətli stereo və bioloji düz mikroskopla, molekulyar müayinənin aparılması üçün real zamanda PZR cihazı, çadır isə fasiləsiz enerji təchizatı (UPS) ilə təmin olunub.
Qeyd edək ki, çadır tipli Səyyar Fitosanitar Laboratoriyanın fəaliyyətə başlaması ilə AQTİ-nin bu tipli laboratoriyalarının sayı 4-ə çatıb. Bunlardan üçü 2+ biotəhlükəsizlik səviyyəli Səyyar Baytarlıq Laboratoriyası, digəri isə yeni fəaliyyətə başlayan Səyyar Fitosanitar Laboratoriyadır.
Bildirilib ki, fitosanitar laboratoriyalarda aparılan müayinələr kənd təsərrüfatı məhsullarını və ətraf mühiti zərərverici və bitki xəstəlik törədicilərindən qorumağa kömək edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 d. əvvəl
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
-
37 d. əvvəl
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
-
-
1 saat əvvəl
Maliyyə nəhəngi qızıl üçün tarix açıqladı: 6 min dolları nə vaxt keçilə bilər?
- 1 saat əvvəl
-
2 saat əvvəl
Gömrük xərcləri artsa da Li Auto qiymətləri sabit saxlayır - QİYMƏTLƏR
-
2 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
“Bank Respublika”nın“Qızıl Seçim” lotereyası davam edir
Yeni Li Auto L9 Livis krossoveri təqdim edilib - QİYMƏT
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
“Unibank”da yığıncaq keçiriləcək
Naxçıvana yeni Baş naziri təyin olundu
Türkiyə toyuq əti ixracını dayandırdı
“Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
Azərbaycanda 11-ci Domino’s restoranı açılacaq






















