Gürcüstanda fəaliyyət göstərən şirkət Azərbaycanda həbsdə olan miyarderin payı olduğu bankı aldı
"Bank of Georgia" Ermənistanın ən böyük banklarından biri olan "Ameriabank"ını satın aldığını elan edib. Bu bankın həmtəsisçilərindən biri Azərbaycanda həbsdə olan milyarder Ruben Vardanyandır.
Gürcüstanın "Bank of Georgia Group" (BOGG) şirkəti Ermənistanda fəaliyyət göstərən "Ameriabank"ın 100% paylarını əldə etmək üçün şərti müqavilə bağladığını elan edib. Müqavilənin 2024-cü ilin birinci rübündə tənzimləyicilər tərəfindən təsdiqlənəcəyi gözlənilir.
Marja.az BOGG-nin yaydığı məlumata istinadən xəbər verir ki, müqavilənin dəyəri təqribən 303,6 milyon dollar təşkil edir və 31 oktyabr 2023-cü il tarixinə "Ameriabank"ın xalis aktivləri əsasında hesablanıb.
"Ameriabank"ın sahiblərindən biri milyarder Ruben Vardanyandır (sərvəti, "Forbes Real-Time"in məlumatına görə, 1,1 milyard dollar).
İlk öncə Gürcüstan şirkəti "Ameriabank"ın 90%-ni alacaq, 10% Avropa Yenidənqurma və İnkişaf Bankında (EBRD) qalacaq. Sonra səhm sahiblərinin seçim sazişi çərçivəsində BOGG-yə ötürüləcək.
Qrupun bəyanatında deyilir ki, sövdələşmədən sonra BOGG "Ameriabank"ın adının dəyişdirilməsi prosesinə start verəcək.
"Ameriabank" vasitəsilə biz ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olan Ermənistana daxil olmaq niyyətindəyik", - deyə BOGG-nin İdarə Heyətinin sədri Mel Karvill bildirib.
"Ameriabank"ın saytında verilən məlumata görə, hazırda onun əsas səhmdarları "İmast Group "(CY) Limited (48,82%), EBRD (17,71%), Asiya İnkişaf Bankı (13,91%) və ESPS Holding Limited-dir (12,05%). Vardanyan dolayı yolla "İmast Group"da əhəmiyyətli paya sahibdir.
2022-ci ilə qədər Vardanyan Rusiya vətəndaşı olub və "Forbes Rusiya" siyahısında yer alıb. 2022-ci ilin dekabrında Vladimir Putinin fərmanı milyarderin Rusiya vətəndaşlığından imtina etmək barədə ərizəsi qəbul edilib. İndi isə Vardanyan erməni milyarder kimi milyarderlərin "Forbes" qlobal siyahısına daxil edilib.
2022-ci ilin noyabrından 2023-cü ilin fevralına qədər Vardanyan Qarabağda qondarma hökumətə dəstək göstərib. O, sentyabrın 27-də Ermənistana getmək istəyərkən Azərbaycan xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Bakıda terrorçuluğu maliyyələşdirmə, qanunsuz silahlı dəstələrin yaradılması və fəaliyyətində iştirak, habelə sərhədi qanunsuz keçməkdə ittiham olunub və həbs edilib.
"Bank of Georgia Group" Böyük Britaniyanın təsis edilmiş holdinq şirkətidir. Qrupa Gürcüstanda fəaliyyət göstərən bankçılıq və ödənişlər biznesi daxildir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
6 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
6 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
7 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 7 saat əvvəl
-
7 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
8 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 8 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
