Azərbaycan dövləti 6 milyard dollardan artıq borca zamin durub
2024-cü il 1 yanvar tarixinə dövlət zəmanətli borcun məbləği (daxili vəxarici borc) 11 milyard 434,4 milyon manat və ya 2023-cü il üzrə ÜDM-in 9,3 faizini təşkil etmişdir.
Marja.az xəbər verir ki, bu “Dövlət Borcu üzrə Statistik Bülleten”də bildirilir.
Qeyd edilib ki, dövlət zəmanətinin 10 milyard 208,8 milyon manatı (6 milyard 5,2 milyon ABŞ dolları) və ya 89,3 faizi xarici kreditlərin, 1 milyard 225,6 milyon manatı vəya 10,7 faizi isə daxili kreditlərin payına düşüb.
Xarici dövlət zəmanətli borcun 4 milyard 440 milyon ABŞ dollarını və ya 73,9 faizini (7 milyard 548 milyon manatı) Cənub Qaz Dəhlizi QSC-nin öhdəlikləri üzrə verilmiş dövlət zəmanəti təşkil edir.
1 yanvar 2024-cü il tarixinə dövlət zəmanətli borc portfelinin valyuta tərkibi aşağıdakı kimi olmuşdur:
ABŞ dolları – 64,1 faiz,
avro – 22,2 faiz,
manat – 7,1 faiz,
yapon yeni – 4,2 faiz,
digər valyutalar – 2,3 faiz .
Dövlət zəmanətli borcun 68,8 faizi 5 ilə qədər olan müddətdə, 17,4 faizi 5 ildən 10 iləqədər olan müddətdə, 13,8 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Dövlət zəmanəti - əsas borcalan götürdüyü borcu borcverənlə razılaşdırılmış qaytarılma şərtlərinə və müddətə uyğun olaraq borcverən əqaytarmadıqda, həmin borc üzrə öhdəliklərin borcverən qarşısında tam və ya qismən yerinə yetirilməsinə dair Azərbaycan Respublikasının qanunvericiliklə müəyyənləşdirilmiş qaydada üzərinə götürdüyü maliyyə öhdəliyidir.
Qeyd edək ki, 2024-cü il 1 yanvar tarixinə Azərbaycan Respublikasının dövlət borcu (daxili vəxarici borc) 26 milyard 850,4 milyon manat və ya 2023-cü il üzrə ÜDM-in 21,8 faizini təşkil etmişdir. Ümumi dövlət borcunun 10 milyard 984 milyon manatı (6 milyard 461,2 milyon ABŞ dolları) vəya 40,9 faizi xarici dövlət borcunun, 15 milyard 866,4 milyon manatı və ya 59,1 faizi daxili dövlət borcunun payına düşür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb


























