Azərbaycan holdinqi adını dəyişdi
“Sara Invest Holding” bugündən “Azera Holding” brendi adıyla fəaliyyət göstərəcək.
Holdinqin yaydığı məlumatda bildirilir ki, ölkənin özəl sektorunda 20 ilə yaxın təcrübəyə malik Şirkətlər grupu bundan sonra da öz fəaliyyətində innovativ yanaşmaların tətbiqini önə çəkəcək.
"Azərbaycanda özəl sektorun inkişafına yönəlik dövlət qayğısı yerli brendlərin MDB və Avropa ölkələrində tanınmasına da böyük təkan verir. Belə bir şəraitdə AZERA HOLDİNG Azərbaycanda sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması, əmək bazarında yerli keyfiyyətli kadr potensialının artırılmasına bundan sonra da xüsusi önəm verəcək", holdinqin məlumatında bildirilir.
Qeyd edilib ki, Şirkətin yenilənmiş loqosunda istifadə olunan simvol bərəkət ağacı nişanından götürülüb. Bu simvol bol ruzi-bərəkəti, kainatın quruluşunu özündə ehtiva edir. Hər biri holdinqin fəaliyyət sahələrini tərənnüm edən bu nişanlar bir radius ətrafinda birləşdirilərək mərkəzində səkkiz guşəli ulduzu ərsəyə gətirib.
Dünya bazarlarında xidmət və məhsul çeşidlərinin artırılmasını hədəfləyən AZERA HOLDİNG rebrendinqdən sonra “AZERA - dünyaya səslənən Azərbaycan erası!” sloqanı ilə təşviq olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 16 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
4 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 4 saat əvvəl
-
5 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
5 saat əvvəl
Azerconnect Group NVIDIA-nın süni intellektlə bağlı tədbirində iştirak edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Ən çox oxunanlar
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb























