Azercell Biznes “Mobil komandanın idarə edilməsi” həllini təqdim edir
(®) Azercell Biznes “Mobil komandanın idarə edilməsi” həllini təqdim edir
Yeni həll çoxşaxəli sahə işlərinin təşkili, idarəsi və nəzarətdə saxlanılmasında şirkətlərin fəaliyyətini asanlaşdıracaq, rəqəmsal mühitə keçidi sürətləndirəcək
“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini rəhbər tutan Azercell, biznesdə ünsiyyəti daha əlçatan etmək üçün “Mobil komandanın idarə edilməsi” həllini təqdim edir. Bu platforma bizneslərə marketing, satış, dağıtım və digər sahə əməliyyatlarını sadələşdirməyə, komanda əməkdaşlığını, biznes məhsuldarlığını optimallaşdırmağa və ümumi müştəri məmnuniyyətini artırmağa imkan verən innovativ alətlər təqdim edir.
Platformanın imkanlarından istifadə etməklə şirkətlər aşağıdakı biznes funksiyalarından faydalana bilərlər:
- Müştəri ziyarətinin planlaşdırılması və nəzarəti;
- Əməliyyat üzrə hərəkət marşrutu və GPS naviqasiya sistemi;
- Ümumi iş bölgüsünün qurulması və izlənilməsi;
- Foto hesabat və rəy bildirişi;
- Avadanlığın idarə edilməsi (təchizatı və təmiri);
- Məhsullar üzrə geniş bazar araşdırması;
- Analitik təhlil və müxtəlif hesabat imkanları;
Platforma mobil komanda və biznes idarəetməsində təxminlərə son qoyaraq, bütün iş prosesinin rasional, tapşırıqların isə avtomatlaşdırılmış şəkildə icra olunmasına dəstək verir. Yeni həll real vaxt rejimində komandaların koordinasiya olunması, düzgün ünsiyyətin qurulması və biznes tapşırıqların qısa zamanda yerinə yetirməsində mühüm rol oynayır, sahə əməkdaşları ilə ofis arasında əlaqəni gücləndirir.
“Mobil komandanın idarə edilməsi” platforması ənənəvi iş yükü ilə vidalaşıb, yeni, çevik, səmərəli və məhsuldar dövrə keçidi təmin edir. Həmçinin yeni həll bu günün dinamik iş mühitində istənilən vaxt və istənilən yerdə inkişaf etmək üçün imkanlar da yaradır.
Azercell-in biznes üçün nəzərdə tutulmuş “Mobil komandanın idarə edilməsi” tətbiqi haqqında ətraflı məlumat almaq üçün:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 11 saat sonra
- 13 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)











