Avropa İttifaqı 2024-də Ukraynaya 21 milyard avro hərbi yardım ayırmaq niyyətindədir
Avropa İttifaqı (Aİ) ölkələri 2024-cü ildə Kiyevə 21 milyard avro həcmində hərbi yardım göstərmək niyyətindədir.
Marja.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbərinin birinci müavini Valdis Dombrovskis Kiyevə səfəri zamanı bildirib. Onun bəyanatını Avropa Komissiyasının mətbuat xidməti yayıb.
"Bu il Aİ ölkələri hərbi yardım üçün 21 milyard avro ayırmağı planlaşdırır. Bu rəqəm ilkin məlumatdır, ona görə də faktiki məbləğ daha da çox ola bilər", - o deyib.
Onun sözlərinə görə, müharibə başlayandan bəri Aİ ölkələri artıq Kiyevə 28 milyard avro dəyərində silah və sursat ayırıb və Aİ ölkələrinin Ukraynaya göstərdiyi ümumi yardım 88 milyard avro təşkil edib.
Dombrovskis qeyd edib ki, Avropa Komissiyası martda Kiyevə 4,5 milyard avro, apreldə isə 1,5 milyard avro yardım ayırmaq niyyətindədir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
15 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib






















