İşçi də insandır. Korporativ mühitdəki boşluqlar ....
(®) Əslində məqalənin başlığı Jim Collinsin müəllifi olduğu “Yaxşıdan mükəmmələ doğru” (Good to Great) kitabından götürülüb. Kitabda müəllif peşəkar şirkətlərin həyata keçirdiyi altı illik tədqiqatın nəticələri haqqında yazır. Bu illər ərzində mükəmməl kompaniyalar uğursuz kompaniyalarla müqayisə edilib və intellektual kapitalın ən qiymətli tərkib hissəsi “insan kapitalı”dır – qənaətinə gəlinib.
Şirkətlərdə insan əməyinin təşkili və idarə olunması ilk zamanlar personalın idarə edilməsi anlayışı ilə tanınsa da, sonradan artıq “klişe” şəklində hər kəsə məlum olan istehsalatda baş verən yanaşmaların transformasiyası ilə yerini “İnsan Kapitalı” anlayışına vermişdi. Son on illikdə isə bu termin şirkətlər tərəfindən keyfiyyətcə yeni mərhələyə keçərək “İnsan Kapitalının idarə edilməsi” anlayışı kimi qəbul olunmağa başladı.
Kitab müəllifi uzunmüddətli araşdırmalar nəticəsində ən uğurlu şirkətlərin məhz onun işçilərinə verdiyi dəyərlə xarakterizə edib. Araşdırmada əməkdaşlara şirkət dinamizminin mərkəzi gücü kimi baxılır. Burada söhbət yalnız əməkhaqqı, sığorta, şəxsi inkişafla bağlı deyil, həm də əməkdaşa verilən daxili və mənəvi dəyərlərdən gedir. İşçilər özlərini yalnız iş mühitində deyil, həm də daxildə daha sağlam və produktiv hiss etməlidir. Araşdırmaya əsasən, daxilində xəstəlik qorxusu yaşayan işçilərin effektlivlik dərəcəsi digərlərindən olduqca fərqlənir. Elə bu səbəbdən də mükəmməl şirkətlərdə işçilər yalnız iş mühitində deyil, həm də mənəvi mühitdə də sığortalanıblar. Şirkətlərin yaratdığı bu işgüzar mühit və korporativ mədəniyyət insanları yaxşı işləməyə bioloji cəhətdən məcbur edir.
Bu cür sığorta növləri adətən işçilərin həyatını dünyanın hər bir nöqtəsində başına gələ biləcək istənilən hadisədən, kritik xəstəliklərdən qoruyur. Xərçəng, miokard infarkt, böyrək çatışmazlığı və digər 20-yə qədər xəstəlikdən, üstəlik işçinin başına gələ biləcək istənilən hadisə zamanı onu təminat altına alır.
Bəs ölkəmizdə bu kimi sığorta növləri mövcuddur?
Bəli. Ölkəmizdə Korporativ Həyat Sığortası məhsulu mövcuddur ki, bu işçiləri kritik xəstəliklərdən və bədbəxt hadisələrdən sığortalayır. İşçinin həyat və sağlamlığının qorunması iqtisadi əhəmiyyəti ilə yanaşı, ilk növbədə sosial baxımdan xüsusi aktuallıq kəsb edən məsələdir. Ölkəmizdə bu sığorta növünü seçən kifayət qədər şirkətlər var, bu isə həmin şirkətlərin öz işçilərinə verdiyi dəyər və qayğını ehtiva edir.
Məhsul haqqında məlumatı daha ətraflı buradan əldə edə bilərsiniz: https://pasha-life.az/products/korporativ-sigorta/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 40 d. əvvəl
-
-
14 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
-
16 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
16 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
-
17 saat əvvəl
"Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Ən çox oxunanlar
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
2 şirkət “Grand-Agro” şirkətinə qoşulub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib






.jpg)







.jpg)








