Azərbaycanda rəqəmsal müyəssərlik həlləri təqdim edən şirkət fəaliyyətə başlayıb - FOTO
Yerli şirkət internet texnologiyalarını fiziki məhdudiyyətli və əlilliyi olan istifadəçilərə əlçatan etmək üçün xüsusi proqram təminatı olan “Corpowid – rəqəmsal müyəssərlik həlli”ini təqdim edib.
Corpowid, internet resurslarındakı müyəssərlik funksionallığını və rəqəmsal əlçatanlığı kod strukturundan, tərtibatçısından, həcmindən və ya digər xüsusiyyətlərindən asılı olmayaraq avtomatik olaraq təmin edə bilir.
Widget, 10-dan çox dildə olub, çox asanlıqla istənilən internet saytına quraşdırıla bilir. Quraşdırıldıqdan sonra, internet saytınız əlilliyi olan istifadəçilər, o cümlədən epilepsiya, disleksiya, görmə qabiliyəti məhdud, koqnitiv pozğunluğu olan istifadəçilər, bir sözlə sağlamlıq imkanları məhdud istifadəçilər üçün nəzərdə tutulmuş funksionallıqla təmin olunur.
Dünya internet resurslarının böyük hissəsi, 96%-dən çoxu fiziki məhdudiyyətli istifadəçilər üçün uyğun deyil. Sevindirici haldır ki, ölkəmizdə bu problemə son zamanlarda xüsusi diqqət yetirilməkdədir və artıq bir çox dövlət internet resursları inklüzivlik funskionallığını öz istifadəçilərinə təqdim edirlər.
“Corpowid – rəqəmsal müyəssərlik həlli”inin bir sıra üstün cəhətləri vardır. Belə ki, təqdim olunan rəqəmsal həll mobil cihazlarda çalışır və tam təhlükəsizdir. Şirkətlərin korporativ kimliyinə rahatlıqla uyğunlaşdırıla bilən proqram təminatı quraşdırıldıqdan sonra internet saytında olan məzmun və başqa dəyişiklikləri avtomatik olaraq “anlayır”. Əlavə olaraq siz quraşdırılan müyəssərlik widget`inin mövqesini və ölçüsünü internet saytınızın vizuallığına uyğun olaraq şəkilləndirə bilərsiniz. Bütün bunlarla yanaşı önəmli üstünlüklərdən biri də odur ki, şirkətin xüsusi təlim keçmiş əməkdaşları 24/7 ödənişsiz texniki xidmət göstərirlər.
Corpowid rəqəmsal məhsul olaraq davamlı şəkildə şirkət mütəxəsisləri tərəfindən inkişaf etdirilir və yeni funksionallıqlar avtomatik olaraq quraşdırılmış internet resurslarında öz əksini tapır. Yaxın zamanda epilepsiya, görmə qabiliyəti məhdud və koqnitiv pozğunluğu olan istifadəçilər üçün nəzərdə tutulmuş “Başlıqların seçilməsi” və “Animasiyalara fasilə ver” funskionallığının istifadəyə verilmişdir. Növbəti addım olaraq “Mətnlərin mövqesi” və “Canlı rejimdə tərcümə” funksionalığı qısa zamanda istifadəçilərə təqdim olunacaqdır.
Dünyanın bir çox ölkəsində satışa çıxması planlaşdırılan “Corpowid – rəqəmsal müyəssərlik həlli”inin məqsədi internet resurslarını sağlamlığından asılı olmayaraq hər kəs üçün əlçatan edərək bərabərhüquqlu şəkildə istifadəni təmin etməkdir. Unutmayın ki, rəqəmsal əlçatanlıq bütün istifadəçilərin HAQQIDIR.
Ətraflı məlumat almaq və “Corpowid – rəqəmsal müyəssərlik həlli”ini canlı rejimdə demo olaraq istifadə etmək üçün www.corpowid.com internet saytımızı ziyarət edin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 3 saat əvvəl
-
16 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
19 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















