ABB-nin baş sponsorluğu ilə İlin İş Adamı seçildi!
O, Azərbaycanı “Dünya Üzrə İlin İş Adamı” müsabiqəsinin beynəlxalq mərhələsində təmsil edəcəkAzərbaycanda artıq beş ildir keçirilən “EY İlin İş Adamı” müsabiqəsi başa çatıb. Martın 13-də Fairmont otelində təşkil edilmiş təntənəli mərasimdə qalib elan edilib.
Müsabiqənin əsas qalibi “Baku Holiday Travel” şirkətinin rəhbəri Ramil Rzayev olub.
O, Azərbaycanı “Dünya Üzrə İlin İş Adamı” müsabiqəsinin beynəlxalq mərhələsində təmsil edəcək. Qalib biznes icmasının, beynəlxalq maliyyə qurumlarının nümayəndələri və tanınmış şirkət rəhbərlərindən ibarət müstəqil münsiflər heyəti tərəfindən 20 iştirakçı arasından seçilib.
Bundan başqa, Umut Agro şirkətinin rəhbəri Fərid Əkbərzadə “Təsərrüfatın inkişafı”, “Balkhoorma” şirkətinin rəhbəri Tariyel Mirzəyev “Regional inkişaf”, Alpha-Omega şirkətinin rəhbəri İnarə Mirzəzadə “Sahibkar qadın”, Push-30 şirkətinin rəhbəri Adil Qasımov “İnnovasiya”, Sustainera Solutions şirkətinin rəhbəri İlkin Hacıyev “Dayanıqlı inkişaf”, BAFT & Partners şirkətinin rəhbəri Vüsal Həsənov “Ətraf mühit həlləri”, VITAM şirkətinin rəhbəri Tehran Əliyev “Azərbaycan və hüdudlarından kənarda” nominasiyası üzrə qalib olub.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov müsabiqənin qala gecəsindəki çıxışında ABB-nin ardıcıl olaraq beşinci ildir ki, bu müsabiqəyə dəstək verdiyini diqqətə çatdırıb: “EY İlin İş Adamı” müsabiqəsi bizim üçün məxsusidir. Çünki bu müsabiqə sahibkarlarımızı dəstəkləyir. Yeni dəyərlər yaradan iş adamlarımızı cəmiyyətə tanıdır. Onları yeni nailiyyətlərə ruhlandırır. Sahibkarların inkişafı, yeni təcrübələri bizi də öz xidmətlərimizi daim yeniləməyə sövq edir. Çalışırıq ki, özümüzü davamlı şəkildə müasirləşdirək, iş adamlarımızın ehtiyaclarına uyğun həllər yaradaq. Qürur duyuruq ki, indiyə qədər hər zaman sahibkarların yanında olmuşuq və bundan sonra da iş adamlarımızın yanında olacağıq”.
EY şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən keçirilir. Hazırda 60-dan çox ölkədə təşkil olunur və dünyanın ən nüfuzlu işgüzar mükafatlarından sayılır. "EY İlin İş Adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının uğurlarını nümayiş etdirməkdir. ABB ilə yanaşı, bp şirkəti və “Veysəloğlu” Şirkətlər Qrupu da müsabiqəyə sponsorluq dəstəyi göstərir. Proqramın partnyorları sırasında Ekvita konsaltinq şirkəti, Azpromo (Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi) da var.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
7 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
8 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
8 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
























