“Gazprom”un xalis mənfəəti 7 % azalıb
Rusiyanın “Gazprom” enerji şirkəti 2023-cü ili 695,57 milyard rubl (təxminən 7,5 milyard ABŞ dolları) xalis mənfəətlə başa vurub.
Xarici mətbuata istinadən xəbərə görə, bu, 2022-ci illə müqayisədə 6,9 % azdır.
Ötən il “Gazprom”un gəlirləri 29,6 % azalaraq 5,62 trilyon rubla (60,64 milyard ABŞ dolları), ümumi mənfəəti 60 % azalaraq 1,27 trilyon rubla (13,7 milyard ABŞ dolları), vergidən əvvəlki mənfəəti 784,59 milyard rubla (8,466 milyard ABŞ dolları) enib.
Təkcə ötən ilin IV rübündə şirkətin debitor borcları 2,595 trilyon rubl (28 milyard ABŞ dolları; illik müqayisədə 10,5 % az), kreditor borcları isə 1,324 trilyon rubl (14,286 milyard ABŞ dolları; 4,7 % çox) təşkil edib.
2023-cü ildə Rusiya “Sibir Gücü” (Sila Sibiri) vasitəsi ilə Çinə qaz tədarükünü 50 % artıraraq 22,7 milyard kubmetrə çatdırıb ki, bu da, müqavilə öhdəliklərindən 700 milyon kubmetr çoxdur.
Ötən ilin I yarısında “Gazprom” qaz hasilatını 25 % azaldaraq 179,45 milyard kubmetrə endirib. Şirkət bunu “bir sıra ölkələrdə Rusiya qazının idxalından imtinaya yönəlmiş siyasi motivli qərarların qəbulu” ilə izah edib.
Report
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
46 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı





















