Bakı Fond Birjası 2024-2026-cı illər üzrə Strateji İnkişaf planını təqdim etdi
Bakı Fond Birjasının Müşahidə Şurası tərəfindən “2024-2026-cı illər üzrə Strateji İnkişaf planı” təsdiq olunmuşdur.
Birjanın yaydığı məlumatda bildirilir ki, strateji İnkişaf planı kapital bazarlarında diversifikasiyanı, kapital bazarlarına inamı, mütəşəkkil və şəffaf bazar konyukturasının təşviqi kimi strateji məqsədləri özündə əks etdirir.
Strategiya sənədi həmçinin dövlət müəssisələrinin (DM) istiqraz buraxılışlarında artımının təşviq edilməsi, istiqrazlar üzrə institusional investor bazası, kapital bazarları və investisiya məhsulları barədə məlumatlılığının artırılması, korporativ istiqraz buraxılışlarının təşviqi, fərdi investorlar üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, fərdi investorların səhm bazarında iştirakının asanlaşdırılmasına yönəldilmiş işlərin aparılması, özəl müəssisələrin İlkin Kütləvi Təklif (İKT) çıxışlarına həvəsləndirilməsi və İKT Akselerator Proqramının işə salınması kimi əsas strateji inkişaf təşəbbüslərini müəyyən edir.
Yüksək inkişaf potensialına malik olan kapital bazarları üzrə strategiya ölkəmizdə kapital bazarlarının maliyyə sistemində rolunu artırmaq məqsədini daşıyır. Kapital bazarları üzrə əsas strateji hədəflər kapital bazarı iştirakçılarının inkişafını dəstəkləyən, gəlirliliyini və şəffaflığını artıran, maliyyə və iqtisadi dayanıqlılığı təmin edən bir ekosistemin yaradılmasını, bazar iştirakçılarının bazara olan etimadının gücləndirilməsini, bazara çıxış imkanlarının genişləndirilməsi və investisiya alətlərinin çeşidinin artırılmasını əhatə edir.
Bundan başqa, 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasının uğurla həyata keçirilməsi üçün təşkilati struktur və korporativ idarəçilik, rəqəmsallaşma və İT infrastrukturu, risklərin idarə edilməsi kimi üç əsas istiqamət üzrə təşkilati transformasiyanın keçirilməsi nəzərdə tutulur.
Strategiya sənədinin əhatəli icmalı ilə bu keçiddən istifadə etməklə tanış ola bilərsiniz:
https://www.bfb.az/az/view-file/bfb-strategiya-2023-2026-public.pdf
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
28 d. əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
-
- 1 saat əvvəl
-
9 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
- 20 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Rəsmi məzənnələr açıqlandı
Sabah sulu qar, qar yağacaq
Ən çox oxunanlar
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?

























