Pambıq əkən 16 min fermerin sahələri vaxtında sığortalaması müzakirə edildi
Aqrar Sığorta Fondunda Pambıq İstehsalçıları Assosiasiyası ilə görüş keçirilibPambıq sahələrinin müxtəlif risklərdən sığortalanması, bu sahədə ortaya çıxan məsələlərin müzakirəsi, eləcə də pambıq əkini ilə məşğul olan fermerlərin maarifləndirilməsi məqsədilə Aqrar Sığorta Fondunda Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının rəhbərliyi və müxtəlif bölgələrdən olan üzvləri ilə görüş keçirilib.
Görüşdə Aqrar Sığota Fondunun sədri Fuad Sadıqov ölkəmizdə aqrar sığortanın tətbiqi, bu sahədə görülən işlər, pambıq sahələrinin sığortası ilə bağlı vəziyyət barədə məlumat verib.
Fuad Sadıqovun sözlərinə görə, pambıq ölkədə ən çox sığortalanan və ödəniş həyata keçirilən bitkilərdəndir. Aqrar sığortada dövlət dəstəyi nəticəsində fermerlər sığorta haqqının yalnız yarısını ödəməklə pambıq sahəsini sığorta edə bilirlər.
Bildirilib ki, indiyədək Ağdam, Ağcabədi və sair rayonlarda pambıq sahələrinə dolu, sel-subasma və digər hadisələr nəticəsində dəyən zərərlər üzrə fermerlərə böyük məbləğdə ödənişlər həyata keçirilib.
Hazırda pambıq əkini və pambıq sahələrinin sığortalanması mövsümü davam edir.
Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının sədri Fərid Firudinov hazırda ölkədə 16 min fermerin müqavilə əsasında pambıq əkini ilə məşğul olduğunu bildirərək aqrar sığortanın pambıq sahəsi üçün mühüm əhəmiyyət daşıdığını bildirib.
Görüşdə müzakirə edilən əsas məsələlərdən biri pambıq sahələrinin vaxtında sığortalanması olub. Bildirilib ki, bəzi hallarda fermerlər pambıq sahələrinin sığortasını ləngidir, nəticədə həmin dövrdə baş verən təbiət hadisələri – dolu, yağışlar, daşqın və sair onların əkinlərə böyük zərər vurur.
Görüşdə qeyd edilib ki, əkin sahələrinin vaxtında sığorta olunması üçün fermerlər daha geniş məlumatlanmalıdır.
Tədbirdə müzakirə olunan digər məsələ sığorta hadisələrinin araşdırılması prosesi ilə bağlı olub. Belə ki, aqrar sığorta ekspertləri hadisə yerinə baxışa gəldikdə onunla birlikdə prosesdə müvafiq dövlət qurumunun nümayəndəsinin də iştirakı təklif edlilb.
Müzakirə zamanı pambıq sahələrinin sığortası ilə bağlı dünya təcrübəsi də qeyd edilib.
Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov pambıq sahələrində baş verən hadisələr və zərərlər barədə məlumat verərək xatırladıb ki, fermerlərə dəstək məqsədilə bu ildən etibarən leysan yağışları riski də baza zərfinə əlavə edilib. Yəni fermerlər pambıq sahələrini sığorta edərkən, əkin sahəsi yağışdan da sığortalanmış olacaq.
Görüşdə sığorta məsələləri ilə bağlı fermerlərə daha geniş məlumat verilməsi məqsədilə regionlarda silsilə görüşlərin keçirilməsi, fermerlərin SMS məlumatlandırılması və sair tədbirlərin keçirilməsi qərara alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
29 d. əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
-
- 1 saat əvvəl
-
9 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
- 20 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Rəsmi məzənnələr açıqlandı
Sabah sulu qar, qar yağacaq
Ən çox oxunanlar
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?






















