"PAŞA Kapital" kapital bazarları üzrə yenə liderdir
10 ildən artıq fəaliyyəti ərzində ölkədə kapital bazarının inkişafına mühüm töhfə verən “PAŞA Kapital” öz lider mövqeyini qorumaqdadır.
Şirkətin yaydığı məlumatda bildirilir ki, şirkət həm dövriyyə həcmi, həm də qiymətli kağızlar bazarının sabit gəlirli maliyyə alətlərinin əksər seqmentləri üzrə ilk pillədə qərarlaşıb.
Bakı Fond Birjası tərəfindən 2024-cü ilin aprel ayı üzrə açıqlanan hesabata əsasən "PAŞA Kapital" 9 milyard 234 milyon manatdan artıq dövriyyə həcmi ilə Azərbaycan bazarının ən iri investisiya şirkəti olaraq mövqeyini daha da gücləndirib. Həmçinin hesabat dövrü ərzində şirkət Mərkəzi Bankın notları, Dövlət istiqrazları, Repo bazarları üzrə aparılan əməliyyatların həcminə görə yerli bazarın lideri kimi fərqləndirilib.
Kapital bazarları üzrə fəaliyyətini uğurla davam etdirən "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin ötən ilin müvafiq dövrü ilə müqayisədə repo əməliyyatları üzrə ticarət həcmində 207%, Mərkəzi Bankın notları üzrə 104% və Maliyyə Nazirliyinin istiqrazları üzrə isə 87% artım qeydə alınıb. Həmçinin, korporativ istiqrazların ilkin yerləşdirilməsi üzrə 284 milyon manat dəyərində ticarət əməliyyatı həyata keçirilib. Onu da qeyd edək ki, şirkətin ümumi dövriyyə həcmi keçən ilin aprel ayı ilə müqayisədə 153% çoxdur
Şirkət yerli və beynəlxalq investorlar daxil olmaqla, fərdi və korporativ müştərilərə investisiya xidmətləri, eləcə də brokerlik, portfelin idarə edilməsi, anderraytinq, maliyyə məsləhətləri və tədqiqat, həmçinin marja ticarəti sahəsində öz xidmətlərini təklif edir. Belə ki, "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, gələcək illər üçün də investisiya xidmətlərinin daha geniş investor kütləsi üçün əlçatan olmasını əsas prioritet istiqamət olaraq müəyyənləşdirmişdir.
"PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin fəaliyyəti, həmçinin xidmət və məhsulları haqqında daha ətraflı məlumatla https://www.pashacapital.az/ rəsmi internet səhifəsindən tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 17 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?






















