Beynəlxalq Enerji Agentliy qlobal neft bazarında kəsir proqnozşlaşdırır
Beynəlxalq Enerji Agentliyi 2024-cü ildə neftə tələbat artımı proqnozunu yenidən aşağı salıb. Lakin Agentlik 2024-cü ildə neft hasilatının 102 milyon barel/gün, neftə tələbin isə 103 milyon barel/gün olmaqla bazarda kəsir olacağını proqnozlaşdırır.
Beynəlxalq Enerji Agentliyi (IEA) 2024-cü ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu yenidən azaldıb - indi əvvəlki təxminlə müqayisədə gündəlik 140 min barel (barel/gün) aşağı olmaqla 1,1 milyon barel təşkil edir.
Marja.az xəbər verir ki, bu, Agentliyin hesabatında deyilir.
2025-ci ildə neftə tələbin artıması proqnozu builki proqnozu bir qədər üstələyərək 1,2 milyon barel/gün təşkil edəcəyi nəzərdə tutulur.
Beləliklə, 2024-cü ildə neftə tələbat 103 milyon barel/gündən bir qədər çox ola bilər.
Aprel hesabatında təşkilat bu il tələbatın artmasının gündəlik təxminən 1,2 milyon barel (martda olduğundan 130 min barel az), 2025-ci ildə isə 1,1 milyon barel artacağını gözləyirdi.
Agentlik qeyd edib ki, mülayim qış və aşağı sənaye fəaliyyəti fonunda əsasən Avropada yanacaqdan istifadənin azalması tələbatın azalmasına səbəb olub.
Apreldə qlobal neft hasilatı gündəlik 200 min barel azalıb
Beynəlxalq Enerji Agentliyi qeyd edib ki, 2024-cü ilin aprel ayında qlobal neft hasilatı gündəlik 200 min barel azalaraq 102 milyon barel/gün olub, lakin ilin sonunda OPEC+-a daxil olmayan ölkələr hesabına rekord səviyyəyə yüksələcək.
Bununla belə, qlobal neft təklifi hələ də gündəlik 103 milyon barel olan tələb proqnozundan aşağı ola bilər.
Təşkilatın may hesabatında qeyd edilib ki, IEA 2024-cü ildə qlobal neft hasilatının gündəlik 580 min barel artaraq rekord həddə - 102,7 milyon barelə çatacağını gözləyir. Belə ki, qeyri-OPEC+ ölkələrindən hasilat gündəlik 1,4 milyon barel artacaq, OPEC+ isə könüllü ixtisarı qoruyub saxlayarsa, onu 840 min barel/gün azaldacaq.
Agentlik qeyd edib ki, gələn il qlobal neft bazarı qeyri-OPEC+ ölkələrində hasilatın artması hesabına daha tarazlaşacaq. IEA-ya görə, 2025-ci ildə OPEC+ tərəfindən hasilatın azaldılması davam etsə belə, qlobal neft hasilatı gündəlik 1,8 milyon barel artacaq, çünki OPEC+ üzvü olmayan ölkələr də neft hasilatını gündəlik 1,4 milyon barel artıracaqlar. Hesabatda qeyd edilir ki, ABŞ-da istehsal artımı yavaşlasa da, artımın əksəriyyəti ABŞ, Qayana, Kanada və Braziliyanın hesabına olacaq.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
1 saat əvvəl
AFB Bank biznes müştəriləri üçün “Qazanclı Başlanğıc” kampaniyasını təqdim edir
-
1 saat əvvəl
"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı
- 1 saat əvvəl
-
2 saat əvvəl
AZAL yeni təyyarə aldı - Təyyarədə sürətli internet xidməti var
-
2 saat əvvəl
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
3 saat əvvəl
Beynəlxalq reytinq agentliyindən Azərbaycan bankının vəziyyəti üçün "sabit" proqnoz
-
3 saat əvvəl
Nazirlər Kabinetindən balıqartırma zavodları və balıq şərkətilə bağlı qərar
-
3 saat əvvəl
Gömrük anbarlarında saxlancla bağlı xidmətlərin qiymətini dövlət tənzimləməyəcək
-
3 saat əvvəl
"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"
Son Xəbərlər

“Bakı Fintex Forumu 2025” keçiriləcək

"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı

Sentyabrın 20-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar

"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"

“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi

Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Unibankın müəllimlər üçün kredit kampaniyası davam edir

Azərbaycan neftinin son qiyməti

Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib
