Türkiyədəki azərbaycanlı iş adamlarının birliyi SOCAR-a edilmiş hücumu pislədi
Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin İdarə Heyəti SOCAR-ın İsrailə xam neft satması ilə bağlı iddialara görə hədəfə alınmasına sərt reaksiya göstərib.Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin (TAİB) İdarə Heyəti "SOCAR Türkiyə"şirkətinin İstanbuldakı ofisinə edilmiş hücumu pisləyən bəyanat yayıb.
Marja.az xəbər verir ki, bəyantda, SOCAR-a edilən bu hücumun Türkiyə və Azərbaycan qardaşlığını pozmayacağı qeyd edilib:
"Türkiyədə fəaliyyət göstərən Azərbaycana məxsus şirkətlər və Azərbaycan əsilli iş adamları tərəfindən yaradılan Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi Azərbaycan Respublikasının və bütün dünya azərbaycanlılarının göz bəbəyi olan SOCAR-a qarşı yönəlmiş qondarma hücumu və gözdənsalma cəhdlərini qəti şəkildə pisləyir.
İndiyədək Türkiyə Respublikasına ən böyük xarici sərmayə yatırmış şirkət kimi SOCAR, Heydər Əliyevin “İki dövlət, bir millət” kəlamının ən böyük iqtisadi və strateji dəstəkçisidir. İki qardaş ölkənin birliyinin ən mühüm simvollarından biri olan SOCAR Türkiyənin strateji maraqlarına töhfə verən meqa investisiyalar və sosial layihələr həyata keçirib.
Hər iki ölkə üçün böyük dəyər verən SOCAR-a qarşı atılan bu böhtanlar Türkiyə-Azərbaycan münasibətlərini pozmaq məqsədi daşıyır.
TAİB olaraq istər sosial mediada, istərsə də fiziki olaraq həyata keçirilən bütün hücumları ən sərt və ən açıq şəkildə qınayır və pisləyirik. Birliyimizin qurucu üzvlərindən biri olan SOCAR ilə dərin həmrəylik hisslərimizi paylaşır, SOCAR-a qarşı bu hücumları bütün azərbaycanlılara və Türkiyədəki azərbaycanlı iş dünyasına qarşı yönəlmiş hesab edirik".
Qeyd edək ki, hazırda Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin İdarə Heyətinin sədri Elşən Quliyevdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
9 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























