PAŞA Kapital 25 milyon dollar həcmində istiqrazları birjaya uğurla yerləşdirdi!
30 may 2024-cü il tarixində PASHA Yatırım Bankası A.Ş.-nin 25 000 000 ABŞ dolları həcmində istiqrazları Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə yerləşdirilmişdir. İstiqrazların əsas anderrayteri kimi isə PAŞA Kapital İnvestisiya Şirkəti QSC çıxış edib.
QSC-nin yaydığı məlumatda bildirilir ki, nominal dəyəri 1 000 ABŞ dolları olan qiymətli kağızlar sənədsiz, adlı, faizli, təmin edilməmiş xüsusiyyətlərinə malikdir. İnvestorlar ildə günlərin sayı 360 (üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə hər 3 (üç) təqvim ayından bir istiqrazlardan gəlir əldə edə biləcək.
Gəlirliliyə gəldikdə isə, investorlara illik 6,19% təmin edəcək bu istiqrazların faiz ödənişindən Türkiyə Respublikasının qanunvericiliyinə əsasən 3% ödəmə mənbəyində vergi (ÖMV) tutulacaqdır. Yerli qanunvericiliyə əsasən hesablanan vergi məbləğini nəzərə alaraq qeyd edə bilərik ki, hüquqi şəxslərin gəliri 6.00%, fiziki şəxslərin gəliri isə 5.40% təşkil edəcəkdir.
Baş tutan yerləşdirmədə 9 sifariş qeydə alınıb və 25 000 000 ABŞ dolları həcmində qiymətli kağız reallaşdırılıb. Qeyd edilib ki, istiqrazlar üzrə gəlir faizlərinin ödəmə tarixi 30 noyabr 2025-ci il təyin edilib.
Yüksək gəlirli investisiya imkanları və maliyyə bazarlarında etibarlı vasitəçi xidməti ilə maraqlanan şəxslər PAŞA Kapital-a müraciət edə bilər. İnvestisiya şirkətinin peşəkar komandası investisiyadan vəsaitinin dəyərini qorumaq istəyən və ya yüksək gəlir hədəfləyən müştərilərinə konsultasiyalar təqdim edir, onların maliyyə hədəflərini reallaşdırmağa dəstək olur. Şirkət investorlara həm yerli, həm də beynəlxalq maliyyə bazarlarına çıxış təmin edir.
Ətraflı məlumat üçün əlaqə nömrəsi: 1548
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 10 saat əvvəl
-
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti


























