Robinhood Bitstamp-ı 200 milyon dollara alaır
Birja ticarəti platforması Robinhood Lüksemburqda yerləşən kriptovalyuta birjası Bitstamp-ı təxminən 200 milyon dollar nağd pula alacağını açıqlayıb.
Marja.az xəbər verir ki, Robinhood-un yaydığı açıqlamada şirkətin Bitstamp-ı almaq üçün razılığa gəldiyi bildirilib.
Açıqlamada qeyd edilib ki, bu strateji satınalma şirkətin ABŞ-dan kənarda daha yaxşı mövqedə olmasına imkan verəcək və eyni zamanda Robinhood Crypto-nun dünya miqyasında genişlənməsini əhəmiyyətli dərəcədə sürətləndirəcək.
Açıqlamada, təqribən 200 milyon dollar nağd şəkildə həyata keçiriləcək alışın 2025-ci ilin ilk yarısında tamamlanmasının gözlənildiyi bildirilib.
Robinhood Crypto baş meneceri Johann Kerbrat mövzu ilə bağlı qiymətləndirməsində Bitstamp-ın alınmasının şirkətin kriptovalyuta biznesinin böyüməsində mühüm bir addım olduğunu qeyd edib və deyib: "Bu strateji birləşmə sayəsində biz daha yaxşı vəziyyətdəyik. İnstitusional müştəriləri Robinhooda dəvət edirəm".
Bitstamp-ın Baş İcraçı Direktoru Jean-Baptiste Graftieaux da onların dünya miqyasında ən etibarlı və şəffaf kriptovalyuta platformalarından biri kimi tanındıqlarını vurğulayıb və deyib: "Bitstamp platformasının və təcrübəsinin Robinhood ekosisteminə gətirilməsi istifadəçilərə təhlükəsiz və təkmilləşdirilmiş ticarət təcrübəsi təqdim edəcək".
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
46 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























