Azərbaycanda sağlamlıq turizm strategiyasının hazırlanmasına başlanılıb
Dövlət Turizm Agentliyi (DTA )Azərbaycanın sağlamlıq turizm strategiyasının hazırlanmasına başlayıb.
“Marja” DTA-ya istinadən xəbər verir ki, strategiyanın hazırlanması çərçivəsində müvafiq sahənin inkişaf etdiyi ölkələrdə (Türkiyə, Malayziya, Çexiya, Tayland və s.) sağlamlıq turizminin inkişafı üçün dövlətin həyata keçirdiyi siyasətlər və tətbiq etdiyi strateji yanaşmalar təhlil ediləcək və Azərbaycana uyğun gələn spesifik hallar seçiləcək.
Bundan başqa, strategiyada spesifik olaraq tibbi turizm sahəsində uğurlu beynəlxalq təcrübə öyrəniləcək. Eləcə də, 2021-ci ildə hazırlanmış sağlamlıq turizminə dair təhlil sənədinin yenilənməsi məqədilə işğaldan azad edilmiş ərazilərin (xüsusi ilə Kəlbəcər və Şuşa şəhərləri) sağlamlıq turizmi resurslarının diaqnostikası aparılacaq, eyni zamanda, sözügedən təhlil sənədinin təkmilləşdirilməsi məqsədilə ölkə üzrə resursların diaqnostikası aparılacaq.
Təhlil prosesi çərçivəsində Azərbaycan sağlamlıq turizmi məhsullarının ixracı üçün əsas mənbə bazarlar araşdırılacaq, müvafiq məhsulların rəqabətqabiliyyətliliyi ölçüləcək, mövcud vəziyyətin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanaraq Strategiyanın Tədbirlər Planında əks olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























