Fed rəsmiləri faizlərin artırılması mövzusunda ortaq fikirə gələ bilməyiblər
ABŞ Mərkəzi Bankı Fed-in Federal Açıq Bazar Komitəsinin (FOMC) İyul ayında keçirdiyi toplantının stenoqramları (protokolları) dərc olunub.
"Marja" xəbər verir ki, FOMC-ın 25-26 İyuldakı toplantısının dərc olunan protokollarına görə, Fed rəsmiləri gələcəkdə faizlərin nə vaxt artırılacağı barədə ortaq fikirə gələ bilməyiblər. Baş verən fikir ayrılığının ən böyük səbəbi aşağı qalan inflyasiya olub.
İclasda, bəzi rəsmilər aşağı qalan inflyasiyaya dair narahatlıqlarını qeyd ediblər. Onlar hesab edirlər ki, aşağı inflyasiyaya görə faizlərin artırılması təxirə salınmalıdır. Bu şəxslər, "Fed, cari şərtlər altında səbrli olmalı, inflyasiyanın qalxmaqda davam edib-etməyəcəyindən əmin omalıdır" deyə bildirirlər.
Digər üzvlər isə güclü məşğulluq bazarı və yüksək qiymətli kağız qiymətlərinin inflyasiyanın Fed-in 2 faiz hədəfinin üzərinə çıxmasına səbəb olacağını və nəzarəti çətin alacaq "hücum" yaradacağını iddia edirlər. Bu qrup, faizləri artırmaq üçün çox uzun müddət gözləməyin Fed-in inflyasiya hədəflərini aşması ilə nəticələnəcəyini və geri qayıtmağın xərcli ola biləcəyini ifadə ediblər.
Bundan başqa, Fed rəsmiləri balansı azaltmaq proqramına nisbətən yaxın bir zamanda başlamağı planlaşdırdıqlarını dilə gətiriblər.
Fed rəsmiləri 4,5 trilyon dollar böyüklüyündəki portfelin bazarlara zərər vermədən, yavaş şəkildə azaldılacağını qeyd ediblər.
Fed-in növbəti iclası 19-20 Sentyabr tarixlərində keçiriləcək.
FOMC Fed-in pul siyasətini müəyyən edir.
DOLLAR UCUZLAŞIB
Fed protokollarının inflyasiyanın çox zəif qaldığını qeyd etməsinin ardından, Dollar, mühüm valyutalar qarşısında ucuzlaşıb.Treyderlər bu il Fed-in faiz artıracağına daha az ehtimal verirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
4 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
8 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
8 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ















.webp)











