Azərbaycanda ilk orqanik gübrə zavodu tikilir
Səba şirkəti üzvi (orqanik) gübrə zavodu tikintisinə başlayıb. Azərbaycanda ilk üzvi gübrə zavodu olacaq bu müəssisənin xammalı Səba quşlarının peyini olacaq.
"Marja" xəbər verir ki, üzvi gübrə zavodu Şabran rayonunda Səba quşçuluq müəssisəsinin yaxınlığında tikilir.
Müəssisənin illik istehsal gücü 26 min ton olacaq. Hazır məhsul pərakəndə satış üçün 50 kq-lıq kisələrdə, iri fermer təsərrüfatları üçün 1 tonluq kisələrdə buraxılacaq.
Zavodda quş peyini minerallarla zənginləşdirilərək dənəvər şəkildə emal ediləcək.
Səba quşları şirkətin Ağcabədi və Beyləqanda yerləşən tarlalarında becərilmiş qarğıdalı və soya ilə bəslənir. Quşların təbii qidası onların peyinlərinin ümumi təyinatlı üzvi gübrə kimi istehsalına imkan verir.
Yerli gübrə istehsalı ilə şirkət həm kənd təsərrüfatının inkişafına dəstək vermək, həm də istehsalat sahəsində tullantıdan səmərəli istifadə ilə ətraf mühitin mühafizəsinə nail olmaq niyyətindədir.
Kənd təsərrüfatında üzvi (orqanik) gübrələrin istifadəsi məhsulların ekoloji təmizliyinə zəmin yaradır və təbii inkişafına imkan verir. Əgər mineral gübrələr yalnız bitkinin qidalanmasına xidmət edirsə, orqanik gübrə həm bitkini lazımi qida ilə təmin edir, həm də torpağı qidalandırır, onun strukturunu qoruyur, mikroorqanizmlərlə zənginləşdirir.
Mineral gübrələrdən doğru istifadə etməmək bitkilərə və ən təhlükəlisi, insanlara zərər verə bilərsə, üzvi gübrələr belə təhlükə mənbəyi deyil. İstifadə üçün daha rahat və ətraf mühit üçün daha faydalı orqanik gübrə istər iri fermer təsərrüfatları, istərsə də, həyətyanı sahələr, bağ sahələri və istixanalara əvəzsiz qidalandırıcıdır.
“Biz əminik ki, yeni müəssisəmiz təbiətə və ölkəmizdə yetişdirilən məhsulların təbiiliyinə xidməti ilə Səba-nın “Təbiətdən mətbəxə” zəncirində əsas yerlərdən birini tutacaq” – Səba şirkətindən belə bildiriblər.
Qeyd edək ki, məhsullarının təbiiliyi ilə bərabər, halallığına da zəmanət verən Səba şirkəti quş (toyuq) əti, süd məhsulları istehsalında ölkənin öndə gedən şirkətlərindədir. Quş əti istehsalında beynəlxalq GİMDES halal sertifikatına malik olan Səba Azərbaycanın dövlət halal standartını keçmiş ilk quş əti istehsalçısıdır. Bundan başqa, Səba Azərbaycanda ilk dəfə olaraq, süd məhsullarının halallığını yoxladaraq, GİMDES sertifikatını alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır


















.jpg)




