"Azərbaycanda işləyən vətəndaşların 65 faizinin əmək müqaviləsi yoxdur" - DEPUTAT
Bu gün Azərbaycanda işləyən vətəndaşların 65 %-nin əmək müqaviləsi yoxdur.
Bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iyunun 13-də keçirilən iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkədə əmək qabiliyyətli vətəndaşların sayı 5 milyon 195 min nəfərdir: “Onlardan 4 milyon 900 mini iqtisadiyyatda fəal şəkildə iştirak edir. Amma əmək müqavilələrinin sayı 1 milyon 749 mindir. Bu da o deməkdir ki, bu gün çalışan vətəndaşların cəmi 35,6 %-i əmək müqaviləsi ilə çalışır. Eyni zamanda bu gün iqtisadiyyatda fəal olan, yəni işləyən vətəndaşların 65 %-nin əmək müqaviləsi yoxdur. Yəni çalışan hər 100 vətəndaşın 65-i müqavilə olmadan işləyir”.
“Rəsmi statistika onu göstərir ki, əmək bazarında müqavilə baxımından münasibətlərin leqallaşdırılması vacibdir. Muzdlu işçilərin sayının artması, əmək müqaviləsi ilə vətəndaşların işə cəlb edilməsinə ehtiyac var. Bu da həmin şəxslərin əmək hüquqlarının qorunması baxımından, eləcə də dövlət büdcəsinə daxilolmaların artması və münasibətlərin leqallaşdırılması baxımından önəmlidir”, - V.Bayramov əlavə edib.
Deputat onu da bildirib ki, bu gün inkişaf etmiş ölkələrdə elektron dövlət xidmətləri vətəndaşa pulsuz təqdim olunur: "Vətəndaş elektron dövlət xidmətindən pulsuz olaraq istifadə etməlidir. Hətta xaricdə tətbiqlər (application) internetsiz “offline” rejimdə çalışır. Vətəndaş internet xərci ödəmədən dövlət xidmətinə çıxış əldə etməlidir".
Onun sözlərinə görə, elektron imza xərcdir və bunun xərci son illər artıb: “Əslində əmək müqavilələrini elektronlaşdırmaqla elektron imzaya məcbur edirik. Elektron imzanın məcbur edilməsi xüsusən də aqrar sektorda çalışan 38 % insanımız üçün əlavə xərc yaradır. Sualım bundan ibarətdir ki, ümumiyyətlə elektron əmək müqavilələrin “offline” rejimdə işləməsi, elektron imzanın əvəzlənməsi nəzərdə tutulubmu? Əgər əvəzlənmə olmayacaqsa elektron imzanın xərclərinin azaldılması ilə bağlı müzakirələr gedirmi?”.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev isə bildirib ki, nazirliyin vətəndaşlara təqdim etdiyi bütün xidmətlər ödənişsizdir: "Elektron platformalardan istifadə üçün də ödəniş yoxdur. Əmək müqavilələrinin lektron əmək müqaviləsinə keçidi layihəsi çərçivəsində vətəndaşlar üçün hər hansı xərcin təyin edilməsi nəzərdə tutulmayıb. Bu çərçivədə elektron imzanı alacaqlarsa, onun üçün hər hansı ödəniş dilməyəcək. Burada vətəndaşa münasibətdə hər hansı əlavə maliyyə öhdəliyi yaratmaq fikrimiz yoxdur.
© “Report”
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır





















