Azərbaycan əhalisinin gəliləri infyasiyadan 9 dəfəyə yaxın sürətlə artıb
Azərbaycan əhalisi 5 ayda 32 milyard manata yaxın gəlir əldə edib.İlkin məlumatlara görə, 2024-cü ilin yanvar-may aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq 31 milyard 899,3 milyon manat və ya hər nəfərə orta hesabla 3130,6 manat olmuşdur.
Bu barədə Marja.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Əhalinin sərəncamında qalan gəlirləri 27 milyard 940,9 milyon manat təşkil etmişdir.
2024-cü ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz artıb, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,8 faiz azalıb, faiz, qeyri-qida malları üzrə 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 2,4 faiz yüksəlib.
2024-cü ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 10,2 faiz artaraq 1007,5 manat təşkil etmişdir. Əməkhaqqı neft-qaz sektorunda 4031,5 manat, qeyri neft-qaz sektorunda 950,5 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 943,2 manat, özəl müəssisələrdə isə 1077,2 manat olmuşdur.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















