BYD: Elektrikli avtomobillər və sürətli inkişaf
18 iyun 2024-cü il tarixində "BYD Motors Baku" satış və servis mərkəzinin açılışı baş tutub.(®) BYD (Build Your Dreams) avtomobil, elektronika, yeni enerji və dəmir yolu nəqliyyatı sahələrində fəaliyyət göstərən lider Çin şirkətlərindən biridir. Xüsusilə, BYD elektrik (EV) və plug-in hybrid (DM-İ) nəqliyyat vasitələri bazarında güclü mövqeyə sahibdir. Şirkət avtomobil və avtobus istehsalı ilə dünya miqyasında tanınan markalardan biridir.
BYD-nin Mühüm Məhsul Qrupları
1. Elektrikli Avtomobillər (EV):
BYD müxtəlif modelləri ilə sedan, SUV və avtobus kimi geniş bir elektrikli nəqliyyat vasitələri portfelinə malikdir. BYD-nin Song Plus, Tang və Han kimi məşhur modelləri inkişaf etmiş texnologiyalara çalikdir və ətraf mühitə dostudurlar.
2. Elektrik Bataryaları:
Şirkət enerji saxlama sistemləri üzrə ixtisaslaşaraq elektrikli nəqliyyat vasitələri üçün də çeşiddə batareyalar istehsal edir. BYD-nin bataryaları sürətli şarj imkanları və uzunömürlülükdə yüksək performans təmin edir.
3. Elektrikli avtobuslar:
BYD dünyanın ən böyük elektrikli avtobus istehsalçılarından biri kimi tanınır. Şirkət avtobuslarını, sıfır emissiya ilə şəhər nəqliyyatında inkişaf etmiş ölkələrə ixrac edir. BYD avtobusları təhlükəsizlik və səmərəliliyin ən yüksək standartlarında inkişaf edir.
4. Elektronika
BYD, elektron komponentlər və aksesuarlar istehsal edərək sənaye və fərdi tələblər üçün innovativ həllər təklif edir. Şirkətin elektronika məhsulları müştərilərə texnologiyanın ən son funksiyalarından istifadə etməyə imkan verir.
İnkişaf və Rəqabət
BYD-nin yeni texnologiyaları və ətraf mühitə "yaşıl texnologiya" istiqamətində yanaşması onu dünya miqyasında tanınmış ekoloji cəhətdən təmiz bir brend halına gətirib. Azərbaycan Respublikası da eyni məqsədlərə sadiqdir və ekoloji problemlərə qarşı duyarlılıq göstərir. Bu ilin sonunda COP29-un Bakıda keçirilməsi, ölkəmizin ekoloji məsələlərə olan diqqətinin bariz nümunəsidir. Belə bir beynəlxalq tədbirin Bakıda keçirilməsi Azərbaycanın qlobal ekoloji problemlərin həllinə töhfə verməyə hazır olduğunu göstərir.
BYD Motors Baku: Yerli İnkişaf və Təhlükəsizlik
BYD Motors Baku, BYD markasının Azərbaycandakı rəsmi təmsilçisidir və 5 il və ya 150,000 km istehsalçı zəmanəti ilə müştərilərinin etibarını qazanmağa çalışır.
BYD Motors Baku Azərbaycanda elektrikli nəqliyyatın təbliğində və yaşıl texnologiyanın ölkəmizdə sürətli yayılmasına töhfə verən şirkərlər sırasına qoşulamağa da səy göstərir.
BYD Motors Baku, müştərilərinə sürətli şarj imkanları ilə inkişaf etmiş elektrikli avtomobillər təqdim etmək məqsədindədir. Şirkət, təhlükəsizlik və keyfiyyətli sürət imkanlarını təmin edərək Azərbaycanın nəqliyyat mühitini dəyişməyə kömək edir.
18 iyun 2024-cü il tarixində "BYD Motors Baku" rəsmi satış və servis mərkəzinin açılışı baş tutub.
Yeni açılmış mərkəzdə ən son texnologiya və komforta sahib plug in hibrid avtomobilləri sizləri gözləyir. Sensor ekranlar, qabaqcıl təhlükəsizlik sistemləri və müasir dizaynlar sizə ən yaxşı sürüş təcrübəsini təqdim etmək üçün nəzərdə tutulub.
Ünvan: Badamdar şosesi 157,
BYD Motors Baku satış və servis mərkəzi
Ətraflı məlumat üçün əlaqə nömrələri:
(051) 233-40-04
(051) 376-40-04
*3366
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 12 saat sonra
-
1 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 2 saat əvvəl
-
4 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 5 saat əvvəl
-
7 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi


















