Neft Fondunun büdcəsinə təklif olunan dəyişikliklərin detalları açıqlanıb
İcmal büdcənin tərkibinə daxil olan Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il büdcəsinin gəlirləri ilə bağlı proqnozun 2 milyard 36 milyon manat və yaxud 16,9 % artırılaraq 14 milyard 109,2 milyon manata, xərcləri ilə bağlı proqnozun isə 4,7 milyon manat və yaxud cüzi artırılaraq 12 milyard 904,9 milyon manata çatdırılması təklif olunur.
Bu barədə ARDNF-dən bildirilib.
Məlumata görə, gəlirlərdəki artımı Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlir üzrə proqnozun 2 milyard 51,4 milyon manat və yaxud 25,2 % artırılaraq 8 milyard 146,2 milyon manatdan 10 milyard 197,6 milyon manata, neft-qaz sazişlərinin imzalanması və yaxud icrası ilə bağlı sərmayəçilərin ödədiyi bonuslar üzrə proqnozun 8,6 milyon manat və yaxud 1,1 % artırılaraq 767,3 milyon manatdan 775,9 milyon manata çatdırılması, eləcə də neft-qazın ölkə ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər üzrə proqnozun 24 milyon manat və yaxud 142 dəfə azaldılaraq 24,2 milyon manatdan 0,2 milyon manata endirilməsi təmin edəcək.
№ | Gəlir mənbələri | Təsdiq olunmuş (min manat) | Yenidən baxılan (min manat) |
1 | Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlir (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) | 8 146 218,8 | 10 197 589,6 |
2 | Karbohidrogen ehtiyatlarının işlənilməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişləri | 3 600,6 | 3 600,6 |
3 | Neft-qazın ölkə ərazisi ilə ötürülməsindən əldə edilən gəlir | 24 223,4 | 170,0 |
4 | Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlir | 3 131 968,3 | 3 131 968,3 |
5 | Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar | 767 244,4 | 775 887,1 |
Cəmi | 12,073,255,5 | 14,109,215.6 |
Xərclərdəkı artım isə “2019–2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilən xərclər üzrə proqnozun 4,7 milyon manat və yaxud 14,1 % artırılaraq 33,5 milyon manatdan 38,2 milyon manata çatdırılması hesabına olacaq.
№ | Xərc istiqamətləri | Təsdiq olunmuş (min manat) | Yenidən baxılan (min manat) |
1 | 2024-cü il dövlət büdcəsinə transfertin yuxarı həddi | 12 781 000,0 | 12 781 000,0 |
2 | “2019–2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi | 33 526,0 | 38 237,9 |
3 | “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsi | 47 460,0 | 47 459,0 |
4 | Fondun idarə edilməsi ilə bağlı xərclər | 38 246,5 | 38 246,5 |
Cəmi | 12 900 232,5 | 12 904 943,4 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
1 saat əvvəl
Kapital Bank-ın dəstəyi ilə 4-cü “YAŞA” Mərkəzi istifadəyə verildi
-
-
1 saat əvvəl
İcbari Sığorta Bürosu ISO beynəlxalq sertifikatlarına layiq görülüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2025-ci ildə fermerlərə dəymiş zərərə görə 9 milyon manatdan çox sığorta ödənişi edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
3 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kapital Bank-ın dəstəyi ilə 4-cü “YAŞA” Mərkəzi istifadəyə verildi
İcbari Sığorta Bürosu ISO beynəlxalq sertifikatlarına layiq görülüb
Azərbaycan neftinin son qiyməti
Tramp: Venesuela ABŞ-yə 30–50 milyon barel neft verəcək
Bakıda 218 milyon avroya tikilən 37 mərtəbəli yeni inzibati binada tikinti-quraşdırma işləri başa çatıb
Ən çox oxunanlar
Bakı metrosunda diferensial tarif modellərinin tətbiqi və subsidiya asılılığının azaldılması planlaşdırılır
Rəsmi məzənnələr açıqlandı
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
























