MMF2024-ün ilk günü (online) uğurla yekunlaşdı!
“Bilik təcrübədə tamamlanır” şüarı ilə bu il IX dəfə keçirilən Milli Marketinq Forumu 28 iyun tarixində onlayn formatda uğurla yekunlaşıb.
“Facemark” və “Fil Agency” şirkətlərinin birgə təşkilatçılığı ilə həyata keçirilən forumun ilk günü 3 panel və 14 spikerin iştirakı baş tutub.
Tədbir “Təhsildə Marketinq və PR” paneli ilə başlayıb. Panelin moderatoru “Libraff”ın PR meneceri Sərxan Rüstəmov, spikerləri isə “Baku Design Academy”nin təsisçisi Aysel Gülməmmədova, “Holberton School Azerbaijan” şirkətinin CEO-su Şəmsi Bayramzadə, UNEC müəllimi Qələndər Məmmədli, “Çapar” yayınlarının təsisçisi Yusif İlhamoğlu marketinqdə mövud olan tendensiyalar, əmək bazarında təhsilin rolundan, marketinqdəki risklərdən, müxtəlif şirkət rəhbərlərinin marketinq və PR-a nə dərəcədə üstünlük verməsi və ona müdaxiləsindən, süni intellektin marketinqin aləti kimi istifadə oluna bilib-bilməyəcəyindən, təhsilin bazarın tələblərinə uyğunlaşdırılması imkanlarından, mentorluğun önəmindən danışaraq, həmçinin iştirakçılardan gələn sualları cavablandırıblar.
“Sosial Media və Kreativ” paneli “Adver.az” şirkətinin kreativ direktoru Teymur Məmmədovun moderatorluğu ilə uğurla tamamlanıb. “Admedia” şirkətinin rəqəmsal departamentin rəhbəri Fidan Həsənzadə, “BHB Strategic & Creative Co.” şirkətinin icraçı kreativ direktoru Ağarəcəb Cəfərov, “Kapital Bank”ın kreativ eksperti Eşqin İbrahimov, “Paşa Life” şirkətinin marketinq eksperti Mahal Abayeva müştəri və icraçı arasındakı əlaqələrdən, sosial mediadakı yaracılıqdan, sosial mediada istifadə olunan qısaltmaların dilin sturukturuna göstərdiyi təsirdən, brendi təmsil edən şəxslərin diqqət etməli olduğu məqamlardan və müştəri loyallığını azaldan nüanslar haqqında faydalı çıxışlar ediblər.
“Marketinq Kommunikasiyaları və Reklam” paneli "LİBRAFF" və "TEAS PRESS" Nəşriyyat Evinin Marketinq və PR Rəhbəri Afaq Hüseynəliyevanın moderatorluğu ilə keçirilib. “LİV Bona Dea Hospital”ın marketinq mütəxəssisi Günay İmanova, “AI İnara Group”un təsisçisi İnara İbrahim, “Endorphin” agentliyinin rəqəmsal qrup rəhbəri Müşfiq Şirəliyev, “LTC Lab” şirkətinin marketinq direktoru Mirnadir Seyidzadə, “Sab Azərbaycan” şirkətinin marketinq direktoru Özalə Əliyeva və “Başkent” Restoranlar Şəbəkəsinin marketinq direktoru Ramin Fərəcullayev neyromarketinq və onun tətbiqindən, kommunikasiya zamanı yaranan çətinliklərin aradan qaldırılması yollardan danışaraq müzakirələr ediblər.
Qeyd edək ki, tədbir 29 və 30 iyun tarixlərində “Baku Marriott Hotel Boulevard”da offline formatda davam edəcək.
Milli Marketinq Forumuna bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün forumun rəsmi saytına (https://millimarketinqforumu.az) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.
Facebook: https://www.facebook.com/MilliMarketinqForumu
İnstaqram: https://www.instagram.com/milli_marketinq_forumu
Linkedln: https://www.linkedin.com/company/milli-marketinq-forumu
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)








.jpg)







