"ABŞ neft qiymətlərinin artması qorxusuna görə Rusiya tankerlərinə qarşı yeni sanksiyalar tətbiq etmir"
The New York Times: Ağ Ev, Maliyyə Nazirliyi yeni məhdudiyyətlərin enerji bazarında qiymətlərin əhəmiyyətli dərəcədə artmasına səbəb olmayacağına dair təhlil təqdim etdikdən sonra belə təkliflərini imzalamır.
ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiya neft tankerlərinə yeni məhdudiyyətlər tətbiq etməkdən qorxur, çünki bu tədbirlərin karbohidrogen qiymətlərinin kəskin artmasına və nəticədə amerikalı istehlakçılar üçün yanacaq qiymətlərinin yüksəlməsinə, bunun da Baydenin seçki kampaniyasına mənfi təsir göstərəcəyindən ehtiyatlanır.
Marja xəbər verir ki, vu barədə "The New York Times" məlumat yayıb .
Xəbərə görə, ABŞ Maliyyə Nazirliyi administrasiyaya Rusiya neft tankerləri ilə bağlı yeni məhdudlaşdırıcı tədbirlər təklif edib, lakin “Ağ Evdəki iqtisadi məsləhətçilər bunun bu yay neft qiymətlərinin artması riskini daşıdığından, ABŞ bazarında benzinin qiymətlərinin artmasına səbəb olacağından qorxurlar. Bu da Baydenin kampaniyasına zərər ver bilər".
Nəşr qeyd edir ki, Ağ Ev, Maliyyə Nazirliyinin yeni sanksiyaların enerji bazarında qiymətlərin əhəmiyyətli dərəcədə artmasına səbəb olmayacağına zəmanət verdiyi təhlili təqdim etdikdən sonra belə Maliyyə Nazirliyinin təkliflərini imzalamır. Maliyyə Nazirliyi prezident administrasiyasından nə yekun qərar, nə də bu məsələnin niyə dayandırıldığı ilə bağlı izahat ala bilmir.
5 dekabr 2022-ci il tarixində Avropa İttifaqının Rusiya Federasiyasından dəniz yolu ilə neft tədarükünə tətbiq etdiyi embarqo qüvvəyə minib. Yeddilik Qrupu (G7) ölkələri, Avropa İttifaqı və Avstraliya öz tabeliyində olan gəmilər və ərazilər üçün dənizdən daşınan Rusiya neftinin barelinə 60 dollar səviyyəsində tavan qiymət tətbiq ediblər. 2023-cü il fevralın 5-dən analoji məhdudiyyətlər Rusiya Federasiyasından neft məhsullarının tədarükünə də şamil olunmağa başlayıb.
Rusiya baş nazirinin müavini Aleksandr Novakın 2022-ci il oktyabrın 13-də elan etdiyi kimi, Moskva qiymət tavanı mexanizmindən istifadə etməklə bu xammalın dəyərini süni şəkildə məhdudlaşdırmağa çalışan ölkələrə neft tədarük etməyəcək. “Rusiya Enerji Həftəsi” forumunda çıxış edən o, qiymətin bazar üsulu ilə, tələb və təklif balansına əsaslanaraq formalaşmasının vacibliyinə diqqət çəkib.
Rusiya prezidenti Vladimir Putin 2022-ci ilin oktyabrında vurğulamışdı ki, Moskva başqalarının rifahını öz hesabına ödəməyəcək və onların qiymətlərini məhdudlaşdıran ölkələri enerji resursları ilə təmin etməyəcək. O, Rusiyadan gələn yanacağın qiymətinə məhdudiyyətin tətbiqini aldadıcı hiylə və həyasız şantaj adlandırıb. Bundan əlavə, Putin xəbərdarlıq edib ki, neftin qiymətlərinə tavanların tətbiqi digər sektorlarda da oxşar tavanların tətbiqi riskinə səbəb ola bilər ki, bu da qlobal bazar iqtisadiyyatını məhv edəcək və milyardlarla insanın rifahını təhdid edəcək.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
-
23 d. əvvəl
Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək
-
-
42 d. əvvəl
Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Türkiyədə zeytun yağı qiymətlərində 10 faizə qədər əlavə artım gözlənilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Fresco SS” şirkəti 3 şirkətin ona qoşulması yolu ilə yenidən təşkil edilib
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək

Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028

“Bizdən Biznesə” ikinci dəfə start götürür!

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Məcburi eniş edən AZAL təyyarəsi texniki baxışdan tam keçib və saz vəziyyətdə olub? - AZAL-DAN AÇIQLAMA
Ən çox oxunanlar

Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb

BOKT illik 14 faizlə 1 milyon manat borc alır

Oktyabrın 21-də gözlənilən hava şəraiti

Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi
