Azərbaycan Şimali Qafqazda bir sıra turizm layihələrinə milyonlar xərcləyib
Azərbaycan Rusiya ilə turizm sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır.
Rusiya KİV-ləri xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Qafqaz İnvestisiya Forumunda deyib.
“Rusiya ilə Azərbaycan arasında münasibətlərə gəlincə, burada əsas məsələ, təbii ki, qarşılıqlı investisiyalardır. Düşünürəm ki, turizmi inkişaf etdirmək üçün konkret olaraq investisiya qoymağa davam edəcəyik, çünki bu, həm də vacib sahədir. Bu sahədə göstəricilər ildən-ilə artır və bununla bağlı bizim çox böyük potensialımız var”, - S.Ələkbərov bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan Şimali Qafqazda turizm sahəsində bir sıra investisiya layihələri həyata keçirir:
“Xüsusilə, Yessentuki şəhərində Azərbaycan şirkəti 25 milyon ABŞ dolları məbləğində özəl investisiyalardan istifadə edərək sanatoriya tikib, sonra isə Jeleznovodskda beşulduzlu sanatoriyanın inşasına daha 26 milyon ABŞ dolları məbləğində sərmayə qoyub. Bu ilin iyununda Kislovodskda azərbaycanlı investorun daha bir sanatoriyası açılıb”.
Nazir müavini əlavə edib ki, Rusiyanın 8 aviaşirkəti Rusiyanın 17 şəhərindən Azərbaycanın 3 şəhərinə müntəzəm uçuşlar həyata keçirir: “AZAL aviaşirkəti isə Bakı və Gəncədən Rusiyanın 12 şəhərinə, o cümlədən Qroznıya müntəzəm uçuşlar həyata keçirir”.
S.Ələkbərov qeyd edib ki, Azərbaycanın İqtisadiyyat Nazirliyinə Qarabağ və Şərqi Zəngəzurda işləmək üçün Rusiya şirkətlərindən 24 layihə üçün müraciət daxil olub:
“Biz bu müraciətləri öyrənir və onların üzərində birlikdə çalışırıq. Ümumiyyətlə, Rusiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə fəal iştirakını gözləyirik. Bu da şübhəsiz ki, Azərbaycan və Rusiya arasında tərəfdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcək”.
Nəqliyyat dəhlizlərinin inkişafından danışan nazir müavini qeyd edib ki, Rusiyadan İran sərhədinə qədər artıq yol çəkilib, Zəngəzur dəhlizi üzrə işlər də davam etdirilir:
“İranla razılaşdıq ki, indi Araz çayı üzərində körpü tikəcəyik və İran ərazisindən belə bir qol, ikiqat qol olacaq. Zəngəzur vasitəsilə gələcəkdə - 3 ildən sonra, bəlkə də ondan da tez bu xətt (Zəngəzur dəhlizi) də işə düşəcək”.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
11 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
18 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
19 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
20 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI























