78 nəfərə qarşı 753 min manatlıq "güzəştli sosial mənzil" dələduzluğu
Sosial təminat məsələlərinə köməklik göstərilməsi adı altında çoxsaylı vətəndaşın pulunu mənimsəməkdə təqsirləndirilən şəxslər barədə cinayət işi məhkəməyə göndərilibMirzəyeva Samirə Yavər qızının bir qrup şəxslə cinayət əlaqəsinə girərək yol verdikləri qanunsuz əməllərə dair daxil olmuş çoxsaylı vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Bu barədə Marja-ya Baş Prokurprluqdan bildirilib.
Qeyd edilib ki, istintaqla Samirə Mirzəyevanın özünü vəzifəli şəxs kimi təqdim edərək tanışları - Ağayev Mirqələm Seyidağa oğlu, Əliyev Fariz Qaraxan oğlu və Məmmədov Zabil Məmmədağa oğlu ilə qabaqcadan əlbir olaraq əlillik dərəcəsinin təyini, bərpası və güzəştli sosial mənzillərin verilməsinə köməklik göstərilməsi ilə bağlı 2022-2023-cü illər ərzində ona müraciət etmiş 78 nəfər şəxsə məxsus ümumilikdə 753 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında qeyd olunan şəxslərə təqsirləndirildikləri əməllərə müvafiq olaraq Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma və qanunsuz hazırlama) və digər maddələri ilə ittiham elan edilib, Samirə Mirzəyevanın barəsində başqa cinayət işi üzrə məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınıb, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























