Trampın inflyasiya, vergi və qaçqınlar ilə bağlı vədləri
Tramp çıxışında “dağıdıcı inflyasiya böhranına” dərhal son qoyacağını vəd edib.Respublikaçılar Partiyası ABŞ-ın keçmiş prezidenti Donald Trampın prezidentliyə namizədliyini rəsmən elan dib.
Marja.az xəbər verir ki, Respublikaçıların Milli Konqresində çıxış edən və birliyə çağıran Tramp, ona qarşı sui-qəsd cəhdini ətraflı təsvir edib.
Tramp çıxışında “dağıdıcı inflyasiya böhranı”na dərhal son qoyacağını və faiz dərəcələrini aşağı salacağını vəd edib.
Vergilərin azaldılması lazım olduğunu deyən keçmiş ABŞ prezidentinin iqtisadi proqramının mərkəzində 2017-ci ildəki vergi endirimlərini daimi etmək və bəxşişlərə tətbiq edilən vergiləri ləğv etmək dayanır.
Vergi, tarif və təşviq tənzimləmələri vasitəsilə avtomobil istehsalı işlərini ABŞ-a qaytarılacağını vəd edən Tramp, həmçinin ABŞ avtomobil istehsalçılarının Meksika, Çin və ya digər ölkələrdə zavodlar qurmasının qarşısını alacaq.
Trump, Baydenin bərpa olunan enerji layihəsinin maliyyələşdirmə siyasətinə işarə edərək, "yaşıl fırıldaqdan" pulları körpülər və bəndlər kimi infrastruktur layihələrinə yönəldəcəyini söyləyib.
Sərhədi bağlayacağını, divarın tikintisini bitirəcəyini və qeyri-qanuni immiqrasiya böhranına son qoyacağını bildirən Tramp, həmçinin Rusiya-Ukrayna və İsrail-Həmas müharibələri də daxil olmaqla, “mövcud administrasiyanın yaratdığı hər bir beynəlxalq böhrana son qoyacağına” söz verib.
FiveThirtyEight-ın milli sorğularına görə, Tramp Baydeni 2,7 faiz üstələyir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
15 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
18 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























