“INMerge” İnnovasiya Sammiti nədir?
"INMerge” İnnovasiya Sammiti 10 və 11 oktyabr 2024-cü il tarixlərində "PAŞA Holding"in təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində və Heydər Əliyev Mərkəzində baş tutacaq.
Regionun ən böyük innovasiya sammitinin məqsədi innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.
Bu il "INMerge” İnnovasiya Sammit tədbirində “YouTube”un həmtəsisçisi Steve Chen iştirak edəcək. Eləcə də, təsdiqlənmiş spikerlar arasında “Amazon”un vitse-prezidenti və CTO-su Werner Vogels və “Avito”nun keçmiş baş icraçı direktoru Vladimir Pravdivy də var. Bununla yanaşı, "Paradox Strategies" və "InnovationForce" şirkətlərinin qurucusu, Harvard Biznes Məktəbinin professoru Linda Hill və Stenford Universitetin professoru Ilya Strebulaev də spikerlər siyahısına qoşuldular.
Onlarla yanaşı, ölkəmizdən “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov və ekosistem üzrə baş icraçı dirertor Fərid Məmmədov, “Kapital Bank”ın baş icraçı direktoru Fərid Hüseynov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva və“4SİM” icraçı direktoru Fariz Cəfərov çıxış edəcəklər.
Qeyd edək ki, bu il sammitdə maliyyə texnologiyaları, rəqəmsallaşma, elektron ticarət, telekommunikasiya, əlavə dəyər xidmətləri, yeni iqtisadiyyat və digər sahələr müzakirə olunacaq.
Biletləri www.inmerge.az ünvanından əldə etmək olar. Ətraflı məlumat və biletləri əldə etmək üçün sammitin rəsmi səhifəsinə və sosial media hesablarına müraciət etməyiniz kifayətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























