Türkiyənin turizm gəlirlərində rekord
Türkiyənin turizm gəlirləri 2024-cü ilin ikinci rübündə ötən ilin eyni rübü ilə müqayisədə 11,8% artaraq 14 milyard 875 milyon dollara çatıb. Beləliklə, turizm gəlirlərində ikinci rübün rekordu qırılıb.
Türkiyənin turizm gəlirləri aprel, may və iyun aylarından ibarət olan ikinci rübdə 2023-cü ilin eyni rübü ilə müqayisədə 11,8 faiz artaraq 14 milyard 875 milyon 518 min dollara çatıb. Turizm gəlirlərinin 15,9 faizi xaricdə yaşayan Türkiyəyə səfər edən vətəndaşlardan əldə edilib.
Marja xəbər verir ki, ikinci rübdə xərclənmiş vəsaitin 10 milyard 330 milyon 968 min dollarını şəxsi xərclər, 4 milyard 544 milyon 550 min dollarını isə paket tur xərcləri təşkil edib.
Ziyarətçilərin sayı 15 faiz artıb
Türkiyəyə gələn ziyarətçilərin sayı 2024-cü ilin ikinci rübündə əvvəlki ilin eyni rübü ilə müqayisədə 15% artaraq 16 milyon 97 min nəfər təşkil edib. Ölkəyə səfər edənlərin 14,9 faizi və ya 2 milyon 405 min nəfəri xaricdə yaşayan vətəndaşlar olub.
Bu rübdə Türkiyə səfər edənlərin orta gecəlik xərci 101 dollar olub. Xaricdə yaşayan vətəndaşların bir gecəlik xərci orta hesabla 69 dollar təşkil edib.
Bu rübdə turizm gəlirlərində paket tur xərclərinin payı 30 faiz, qida və içki xərclərinin payı 18,5 faiz, beynəlxalq daşıma xərclərinin payı isə 12,2 faiz təşkil edib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə paket tur xərcləri 32,5 faiz, qida və içki xərcləri 10,6 faiz, beynəlxalq daşıma xərcləri isə 1,9 faiz artıb.
Ziyarətçilərin 68,1 faizi “səyahət, əyləncə, idman və mədəni fəaliyyətlər” üçün gəliblər.
İkinci yerdə 19,1 faizlə “qohum və dostları ziyarət etmək”, üçüncü yerdə isə 5,4 faizlə “alış-veriş” olub. Xaricdə yaşayan vətəndaşlar isə 66,5 faizlə Türkiyəyə daha çox “qohum və dostları ziyarət etmək” üçün gəliblər.
Bu rübdə xaricə səfər edən Türkiyə vətəndaşların sayı əvvəlki ilin eyni rübünə nisbətən 3 faiz artaraq 2 milyon 963 min 788 nəfərə olub. Onların xərclədiyi vəsait əvvəlki ilin eyni rübü ilə müqayisədə 3,9 azalaraq 1 milyard 955 milyon 807 min dollara düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 gün sonra
- 21 saat sonra
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
20 d. əvvəl
Qlobal bankdan neft analizi - Təklif artığı görünməyə başlayıb, qiymət 52 dollaradək düşəcək
- 41 d. əvvəl
- 44 d. əvvəl
-
48 d. əvvəl
Dəyəri 4 trilyon dollara yaxınlaşdı - Dünyada ikinci ən dəyərli şirkətdir
-
58 d. əvvəl
Azərbaycanda Sukukun tətbiqi - Araşdırma aparılıb, nəticələri müzakirə olunub
- 1 saat əvvəl
-
1 saat əvvəl
“ParaBOKT”da Əmanətlərin Sığortalanması Fonduna ötürülmüş kredit üzrə yenilik
-
1 saat əvvəl
Unibank “2024 Dayanıqlılıq Hesabatı”nı təqdim edib: Yaşıl maliyyə və inklüziv inkişaf ili
- 1 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

Şirkətlərdə yeni vakansiyalar

Qlobal bankdan neft analizi - Təklif artığı görünməyə başlayıb, qiymət 52 dollaradək düşəcək

Tələbələrə şad xəbər - Gənclərə yeni qapılar açılır

Naxçıvanda sahibkarlığa maliyyə dəstəyi 4 dəfədən çox artıb
Ən çox oxunanlar

Unibank “2024 Dayanıqlılıq Hesabatı”nı təqdim edib: Yaşıl maliyyə və inklüziv inkişaf ili

Mühüm qərar sabah saat 10:00-da dərc olunacaq

Azərbaycan neftinin son qiyməti

Gürcüstan 9 ayda Azərbaycana 21 milyon dollarlıq mal-qara satıb

iPhone 17-dən satışa çıxdığı ilk 10 gün ərzində güclü nəticələr!

Azərbaycanda 8 layihə üçün 200 milyon avroya yaxın kredit ayırıb - 28 FAİZƏ YAXIN ARTIM
