Əlincəçaydan Bənəniyar su anbarını qidalandıran kanal yenidən qurulacaq
Dövlət Proqramı çərçivəsində Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulmasının layihələndirilməsi başa çatıb“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən Marja-ya verilən məlumatda bildirilir ki, Dövlət Proqramına uyğun olaraq Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulmasının layihələndirilməsi başa çatıb. Layihənin icrası məqsədilə yenidənqurma işlərinin aparılması ilə bağlı hazırlıq işləri həyata keçirilir.
Beton kanal əsasən Bənəniyar su anbarının doldurulması üçün istifadə olunur. 17.4 milyon kubmetr su tutumu olan anbar Culfa və Babək rayonunun 4200 hektar əkin sahələrini suvarma suyu ilə təmin edir. Bu baxımdan uzunluğu 7,7 kilometr olan kanal yenidən qurularaq sukeçirmə qabiliyyətinin saniyədə 3 kubmetrdən 5 kubmetrə çatdırılması su anbarının qısa müddətdə doldurulmasına zəmin yaradacaq.
Həyata keçirilən işlərin nəticəsində isə suvarma dövründə Əlincəçaydan digər suvarılan sahələrə suyun verilməsi mümkün olacaq. Kanalın su keçiricilik qabiliyyətinin artırılması hesabına yaz və payız aylarında suyun əsasən çox olduğu dövrdə həm su anbarının tam doldurulmasını təmin etməklə yanaşı, həm də kanalın altında yerləşən əkin sahələri və həyətyanı sahələrin suvarılmasına nail olunacaqdır. Kanalda su itkisinin azalması hesabına kanalaltı əkin sahələrinin şoranlaşmasının qarşısı alınacaq, subölüşdürücü qurğunun bərpası isə Əlincə çayının suyunun bölünməsi və idarə edilməsini asanlaşdıracaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
53 d. əvvəl
ABŞ-ın Vitse-prezidenti ilə məhdud tərkibdə görüş olub, geniş tərkibdə görüş başlayıb
-
1 saat əvvəl
Asiya bankı Bakı metrosu ilə bağlı 180 milyon dollarlıq krediti təsdiqlədi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Fransanın iri bankı da qızılın qiymətinin 6 min dollara çatacağını nəzərdə tutur
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ-ın vitse-prezidenti Azərbaycana gəldi
Dövlət Agentliyinə yeni sədr müavinləri təyin edilib
Dollların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"CFI Financial İnvestisiya Şirkəti"ndə yeni təyinat
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15%-lə 4 milyon manat borc aldı
Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirməkdə maraqlıdırlar

























