"Neft təklifi avqustda kəskin azalacaq"
Orta Şərq və Afrikada neft hasilatının azalmasının təsiri ilə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) neft təklifi avqustda kəskin aşağı düşəcək.
Bu barədə OPEC-in ixracını analiz edən “PetroLogistics” şirkətinin proqnozunda deyilir.
Bildirilir ki, OPEC-in neft təklifi bu ay gündəlik 419 min barrel azalacaq. Buna səbəb Səudiyyə Ərəbistanının azalan neft ixracı və neft hasilatının azaldılması sazişinə qoşulan digər neft istehsalçılarının hasilatı aşağı salmalarıdır.
“PetroLogistics”in icraçı direktoru Daniel Gerber deyib: “OPEC-ə üzv 14 ölkədə neft təklifinin ümumilikdə gündəlik 419 min barrel azalacağı nəzərə alındıqda avqustda kartelin sutkalıq hasilatının orta hesabla 32,8 milyon barrel olacağı gözlənilir. OPEC-in xam neft ixracı avqustun ilk yarısında gündəlik 750 min barrelədək azalıb. Latın Amerikası ölkələrinin neft ixracında artım müşahidə edilib, Orta Şərq və Afrikada isə azalmalar qeydə alınıb”.
O, ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının ixracının bu ay keçənilki səviyyədən 1 milyon barrel aşağı düşərək 6,6 milyon barrelə qədər azaldığını açıqlayıb.
Qeyd edək ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan iyulda hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Ölkə üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda isə 793,7 min barrel olub. Mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
“Azeronline”-a yeni Baş müdir təyin edilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər






.jpg)
.jpg)






.jpg)




