İran milli valyutanın sabitləşməsi üçün BVF-yə 1,1 milyard dollar ödəyəcək
Borcun qaytarılması ilə bağlı fərmanı İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref imzalayıb.İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref İslam Respublikasının Beynəlxalq Valyuta Fonduna (BVF) 1,1 milyard dollar (46,756 trilyon İran rialı) borcunun ödənilməsi haqqında fərman imzalayıb.
Hökumətin mətbuat xidmətinin məlumatına görə, bu qərar milli valyutanın məzənnəsini sabitləşdirmək məqsədilə qəbul edilib.
2015-ci ildə İran nüvə sazişinin bağlanmasından və Tehrana qarşı Qərbin əksər sanksiyalarının götürülməsindən sonra, Dünya Bankının məlumatına görə, İranda inflyasiya 2013-cü ildəki 36,6%-dən 2016-cı ildə 7,2%-ə düşüb .
Lakin 2018-ci ildə ABŞ-ın sazişdən birtərəfli qaydada çıxmasından və Qərb məhdudiyyətlərinin bərpasından sonra İslam Respublikasında 2019-cu ildə inflyasiya kəskin şəkildə artaraq 2023-cü ilin sonuna kimi 44,6%-ə çatıb. İranın yeni prezidenti Məsud Pezeşkian ev təsərrüfatlarının gəlirlərinin artırılmasını və rialın möhkəmlənməsini siyasətinin əsas prioritetləri adlandırıb
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























