“Maliyyəçisən” təcrübə proqramının məzun günü keçirilib, Mərkəzi Bankın sədri tədbirdə iştirak edib
Mərkəzi Bankın sədri Taleh Kazımov öz təcrübəsindən ən maraqlı xatirələri bölüşərək gəncləri çağırışlardan çəkinməməyə, daha cəsarətli olmağa və peşəkar inkişafa önəm verərək inamla irəliləməyə səsləyib.
1800-ə yaxın namizəd arasından seçilmiş 33 təcrübəçinin Mərkəzi Bankda 2 ay boyunca davam edən maraqlı və həyəcanlı səyahəti başa çatıb.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, “Maliyyəçisən” təcrübə proqramının məzun günü münasibətilə keçirilən tədbirdə təcrübəçilərə təşkilatın inkişafına verdikləri töhfəyə görə təşəkkür olunub, onlara gələcək karyeralarında uğurlar arzulanıb.
Tədbir zamanı təcrübəçilərin daha öncədən komandalara bölünərək hazırlamış olduqları layihələr münsiflərin diqqətinə çatdırılıb. Mərkəzi Bankın rəhbər heyətinin təmsil olunduğu münsiflər heyəti ən uğurlu layihəni qiymətləndirərək komandanı mükafatlandırıblar.
Məzun günü təcrübəçilər üçün daha bir məqamla yadda qalıb. Belə ki, Mərkəzi Bankın sədri Taleh Kazımov tədbirə qatılaraq iştirakçılara ən səmimi arzularını çatdırıb. Sədr təcrübəçiləri maraqlandıran sualları da cavabsız qoymayıb. O, öz təcrübəsindən ən maraqlı xatirələri bölüşərək gəncləri çağırışlardan çəkinməməyə, daha cəsarətli olmağa və peşəkar inkişafa önəm verərək inamla irəliləməyə səsləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
1 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
-
9 d. əvvəl
Dayanacaq məntəqələriylə əlaqədar vahid səlahiyyətli qurum müəyyən ediləcək
-
12 d. əvvəl
Bu şirkət 6 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən azad edilir
- 26 d. əvvəl
- 34 d. əvvəl
-
41 d. əvvəl
Leobank Uşaq kartını təqdim edir: erkən yaşdan maliyyə savadlılığı
-
1 saat əvvəl
Möhtəşəm yaşayış kompleksi - Nizami City: TƏMİRLİ VƏ TƏMİRSİZ MƏNZİLLƏR!
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Qlobal birjalarda SON VƏZİYYƏT

Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar

Təkər bazarı ərazisində yanğın baş verib - VİDEO

Rəsmi məzənnələr açıqlandı

Bu gün FED-in faiz qərarı diqqət mərkəzindədir
