#CodeForFuture Azərbaycanda İT sahəsində qabaqcıl layihəyə çevrilib!
Tələbələr avadanlıq və materiallarla təmin olunurlar, onlar İT sahəsini öyrənirlər(®) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən #CodeForFuture layihəsi 2021-ci ildən etibarən İT sahəsində təhsil alan universitet tələbələrinin bilik və bacarıqlarını artırmaq məqsədilə müxtəlif tədbirlər təşkil edir.
Bu innovativ layihənin əsas məqsədi tələbələri zəruri avadanlıq və materiallarla təmin edərək onların inkişafına dəstək olmaq, Azərbaycanın sürətlə inkişaf edən texnoloji ekosistemini yüksək ixtisaslı işçi qüvvəsi ilə təmin etməkdir.
#CodeForFuture layihəsi çərçivəsində Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Memarlıq vəİnşaat Universiteti kimi ölkənin qabaqcıl ali təhsil müəssisələrindən 4800 tələbəyə dəstək göstərilib.
Bakı ilə yanaşı, layihəİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə regionlarda da, o cümlədən Lənkəran Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Gəncə Dövlət Universitetində uğurla davam etdirilir.
#CodeForFuture təşəbbüsünün uğurunda rol oynayan əsas amillərdən biri də“Code Academy” və“Algoritmika” kimi tədris mərkəzləri iləəməkdaşlıqdır. Bu mərkəzlər tələbələrə“full-stack” proqramlaşdırma, keyfiyyət təminatı mühəndisliyi, sistem administrasiyası, İT dəstəyi (Helpdesk), kibertəhlükəsizliyin əsasları və“AutoCAD”, “Solidworks” kimi “CAD” proqramlarına dair keyfiyyətli dərslər təklif edirlər. Təqdim olunan proqramlar qabaqcıl İT bilik və bacarıqlarını akademik kurikuluma inteqrə edir. Bunlarla yanaşı, layihəçərçivəsindəölkənin rəqəmsal savadlılığını artırmaq məqsədilə müəllimlər üçün də təlimlər keçirilir.
Hazırda #CodeForFuture layihəsi müasirİT bacarıqlarınıöyrənmək istəyən tələbələri cəlb edərək böyüyür və Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verən yeni nəsil peşəkarları yetişdirir, onların potensialını maksimum dərəcədə istifadə etməyə imkan tanıyır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























