İlon Mask: Nə üçün ABŞ-da yalnız Trampa sui-qəsd edilir?
Amerikalı milyarder İlon Mask ABŞ-ın sabiq prezidenti və dövlət başçısı postuna namizəd Donald Trampın həyatına ikinci sui-qəsd cəhdini şərh edib.
İlon Mask özünün sosial media platformasında belə bir ritorik sual yerləşdirib: Nə üçün yalnız Respublikaçılar partiyasının namizədinə sui-qəsd təşkil olunur? “Heç kim Prezident Cozef Baydeni, yaxud vitse-prezident Kamala Harrisi öldürməyə cəhd göstərmir”, - deyə amerikalı biznesmen yazıb.
Sentyabrın 15-də Florida ştatında Donald Trampın qaldığı otelin qolf klubunda atışma baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, xüsusi xidmət orqanlarının əməkdaşları kolların arasında gizlənərək içəri daxil olmağa çalışan şəxsi saxlayarkən odlu silahdan istifadə edib. Onun gizləndiyi yerdə optik nişangahlı AK-47 avtomatı, iki çanta və “GoPro” kamerası aşkarlanıb. Faktla bağlı araşdırma başlayıb. İstintaqa Federal Təhqiqatlar Bürosu da qoşulub. ABŞ hakimiyyət orqanları hadisəni Donald Trampa qarşı sui-qəsd cəhdi kimi qiymətləndirib.
Bu, sabiq prezidentə qarşı artıq ikinci sui-qəsd cəhdidir. Trampın həyatına əvvəlki su-qəsd cəhdi iyulun 13-də Pensilvaniya ştatında baş vermişdi. Onun çıxış etdiyi səhnədən təxminən 100 metr aralıdakı binanın damında gizlənən cinayətkar siyasətçiyə atəş açmışdı. Hadisə nəticəsində sabiq dövlət başçısı qulağından yaralanmışdı.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
15 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
16 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
37 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
42 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
49 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib






.jpg)








.jpg)









