"Orta hesabla bir qayığı 15 günə düzəldirəm. Hər biri 2000-2500 manat civarındadır"
Alüminiumdan balıqçı qayığı düzəldən usta - iri müəssisələr iş təklif etsə də, heç birini qəbul etməyibPeşəkar fotoqraf, daha sonra mahir qayıq ustası… Bəli, bir-biri ilə əlaqəsi olmayan bu sahələr uzun illərdir Lənkəranın Sütəmurdov kənd sakini İltifat Quliyevin həyat fəaliyyətinin əsasını təşkil edir.
İllər öncə balıqçılıq təsərrüfatı quran İltifat Quliyev birinci peşəsindən uzaqlaşıb. Elə o vaxtdan istifadəsində olan qayıqlarını təmir etməsi onu bu sahənin peşəkarına çevirib. Onun sözlərinə görə, hazırda ölkəmizdə alüminiumdan balıqçı qayıqları düzəldən yeganə ustadır.
“Qayıqlarımı özüm hazırlayırdım. Zamanla qonşu balıqçılıq təsərrüfatının qayıqlarını da düzəltməyə başladım. Ardınca digər qonşular müraciət etdilər. Beləcə, bu işdə peşəkar ustaya çevrildim. Bu işi öyrənmək çox çətindir. Yanımda neçə-neçə köməkçi və şagird olub, amma heç biri bu sənəti öyrənə bilməyib. Fizika və həndəsəni yaxşı bilmək lazımdır, çünki iş zamanı lazım olur. Çünki qayıq düzəldəndə müəyyən ölçüləri dəqiqliklə gözləməlisən. Əks halda, qayığın suda hərəkəti çətinləşə və hətta qəza ilə nəticələnə bilər”, - deyə qayıq ustası bildirir.
İltifat Quliyev ölkəmizdə öz peşəsi üzrə yeganə mütəxəssis kimi tanınır. Zavodlarda bir qrup mühəndisin istehsal edəcəyi bu su nəqliyyat vasitəsini o, təkbaşına cəmi iki həftə ərzində hazırlayır. Lənkəranlı ustanın bu unikal bacarığı artıq onu ölkənin hər yerində məşhurlaşdırıb.
“Alüminium qayıqlar taxta qayıqlara nisbətən daha davamlı və uzunömürlüdür. Həmçinin sürət baxımından da üstündür. Bu qayıqlar orta hesabla saatda 50-55 kilometr sürət yığa bilir. Orta hesabla bir qayığı 15 günə düzəldirəm. Hər biri 2000-2500 manat civarındadır. Onu da deyim ki, qayıq düzəltməkdə ən bahalı material alüminium hissələri bir-birinə bağlayan bərkidici mıxlardır. Bu mıxlar əsasən hərbi aviasiyada istifadə olunur və ölkəmizə xaricdən idxal edilir”, - deyə usta vurğulayır.
Hazırda Cənub bölgəsində Xəzər dənizində üzən demək olar ki, bütün bu tip qayıqlar İltifat Quliyevin zəhməti ilə ərsəyə gəlib. Ölkə daxilində fəaliyyət göstərən bir neçə iri müəssisələr ustaya bacarığına görə iş təklif etsə də, o, öz peşəsi üzrə mütəxəssisə daha çox ehtiyac olduğunu nəzərə alaraq bu təklifləri qəbul etməyib.
© Azərtac
Müştərilərin xəbərləri
BOKT "Caspian İnvest" Ulu Öndər Heydər Əliyevin 22-ci anım gününə həsr edilmiş ağacəkmə aksiyası keçirib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 gün sonra
- 23 d. əvvəl
-
- 34 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: Ehtiyac yaransa, ABŞ İrana yenidən zərbə endirə bilər
-
1 saat əvvəl
"Reuters": ABŞ Venesuela nefti daşıyan əlavə tankerləri ələ keçirə bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda 2000-ci ildən bu yana pambıq üzrə ən yüksək orta məhsuldarlıq göstəricisi qeydə alınıb
- 10 saat əvvəl
-
15 saat əvvəl
Paşinyan Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsini alqışlayıb
-
16 saat əvvəl
241 iş günü, 107 istirahət günü, 19 bayram - 2026-cı il üçün istehsalat təqvimi təsdiq edildi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Gümüşün qiymətində yeni rekord
Qızıl son 7 həftənin zirvəsinə yaxın qiymətə ticarət olunur
"Rubl təxminən 10% ucuzlaşa bilər"
Azərbaycanda 2000-ci ildən bu yana pambıq üzrə ən yüksək orta məhsuldarlıq göstəricisi qeydə alınıb
241 iş günü, 107 istirahət günü, 19 bayram - 2026-cı il üçün istehsalat təqvimi təsdiq edildi
Bank avtomobillərin, daşınar və daşınmaz əmlakların sığortası üzrə tenderlər elan edib
Ən çox oxunanlar
FİNCA-nın dollar istiqrazarı barədə qərar verildi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"SOCAR Green" Böyük Britaniya şirkətilə müqavilə imzaladı
Nazir Rəşad Nəbiyev “Global Infrastructure Partners” şirkətinin rəhbərliyi ilə görüşüb
10 ayda Azərbaycana 23 ölkədən 44 tondan çox qızıl idxal edilib
Macarıstanın Azərbaycandan alacağı qazın həcmi məlum olub
“Azər-Türk Bank”ın rəhbərliyinə təyinat olub












.jpg)





.jpg)



