Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin tərkibində Bank Ekspertlər Şurası yaradılıb
Ölkənin aparıcı bankları Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində təmsil olunacaqAzərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) tərkibində Bank Ekspertlər Şurası yaradılıb.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yaydığı məlumata görə, bu barədə AQC sədri Vüqar Oruc məlumat verib.
Vüqar Oruc bildirib ki, Şuranın tərkibinə ölkədə fəaliyyət göstərən 12 bank tərəfindən təklif edilmiş - Vəliməmmədov Rüstəm (“Paşa Bank” ASC); Sadıqov Hikmət (“Paşa Bank” ASC); Quliyev Ruslan (“Kapital Bank” ASC); Əliyev Paşa (“Access Bank” QSC); Nəsibov Samir (“Expressbank” ASC); Nəsibli Tural (“Bank of Baku” ASC); Kərimli Cahangir (“Ziraat Bank Azərbaycan” ASC); Kazımov Rəşad (“Unibank” ASC); Bağıyev Məmməd (“Rabitəbank” ASC); Əhmədov Elvin (“Yelo Bank” ASC); Qəhrəmanov Qəhrəman (“Yapı Kredi Bank Azərbaycan” QSC); Dəmirov Fərid (“Yapı Kredi Bank Azərbaycan” QSC); Bədirxanov Emin (“Bank Avrasiya” ASC); Əliyev Namiq (“Bank VTB Azərbaycan” ASC”) şəxslər üzv təyin olunub.
AQC sədrinin bildirdiyinə görə, Bank Ekspertlər Şurasına rəhbərlik “Paşa Bank” ASC-nin nümayəndəsi Hikmət Sadıqova həvalə edilib.
“AQC Bank Ekspertlər Şurası ölkənin kommersiya banklarında çalışan, AQC kurslarında iştirak edən qiymətləndiricilərdən ibarətdir. AQC Bank Ekspertlər Şurası AQC Peşəkar Qiymətləndiricilər Şurasında müəyyən olunmuş kvota ilə təmsil olunacaq” - deyə V.Oruc əlavə edib.
Qeyd edək ki, ölkənin bank sektoru ilə qiymətləndirmə sektoru arasında əməkdaşlıq daha da möhkəmlənir. Belə ki, Vüqar Oruc bu il Mərkəzi Bankın İdarə Heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının üzv seçilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 14 saat əvvəl
-
- 15 saat əvvəl
-
16 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























