Azərbaycanın investisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycandakı investisiya şirkətlərinin mənfəətliliyində azalma müşahidə edilmişdir. Belə ki, ötən ilin ilk yarısı ilə müqayisədə 2024-cü ilin birinci yarısı ərzində investisiya şirkətlərinin xalis mənfəəti 4.4 mln. manat olmuşdur. Bu göstərici 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 15.4% azdır.
Marja xəbər verir ki, bu, Mərkəzi Bankın dərc etdiyi 2024-cü ilin 1-ci yarımili üzrə Maliyyə Sabitliyi Hesabatında bildirilir.
Qeyd edilib ki, investisiya şirkətləri üzrə xalis mənfəətin azalmasını şərtləndirən əsas amil bəzi şirkətlər üzrə inzibati xərclərin artımı olmuşdur. Sektor üzrə xalis mənfəətin azalması fonunda aktiv və öhdəliklərin artımı mənfəətlilik göstəricilərində azalmanı şərtləndirmişdir. Belə ki, 2023-ci ilin birinci yarımili ilə müqayisədə ROA göstəricisi 2.4 faiz bəndi azalaraq 1.9%-ə, ROE göstəricisi isə 3.2 faiz bəndi azalaraq 9%-ə enmişdir.
2024-cü ilin birinci yarımili ərzində investisiya şirkətlərinin balansı genişlənmişdir. 2023-ci ilin sonu ilə müqayisədə investisiya şirkətlərinin aktivləri 89% ( 107 mln. manat) artaraq 228 mln. manat, öhdəlikləri isə 1.4 dəfə (105 mln. manat) artaraq 180 mln. manata çatmışdır. İnvestisiya şirkətlərinin aktiv və öhdəliklərindəki artımı şərtləndirən əsas amil repo/əks-repo əməliyyatlarının həcminin artımı ilə bağlı olmuşdur. Belə ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ildə repo bazarındakı əməliyyatlar iki dəfədən çox artmışdır.
Dövr ərzində investisiya şirkətlərinin müştəri aktivləri genişlənmişdir. 2023-ci ilin sonu ilə müqayisədə investisiya şirkətlərinin müştəri aktivləri 8% (121 mln. manat) artaraq 1 mlrd. 721 mln. manata çatmışdır. Müştəri aktivlərində artımın əsas səbəbi xarici bazarda broker xidmətləri olmuşdur. Belə ki, xarici bazarda broker xidmətləri üzrə müştəri aktivləri 6.4% (83 mln. manat) artmışdır.
İnvestisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır. 2024-cü ilin ilk yarımilinin sonuna olan məlumatlara əsasən sektor üzrə məcmu kapital 46 mln. manat, tələb olunan kapital isə 5.2 mln. manat təşkil etmişdir ki, bu da investisiya şirkətlərinin kifayət qədər kapital buferinə sahib olmasını şərtləndirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)







.jpg)



