Son bir ildə Almaniyada milyarderlərin sayı artıb
Almaniyada milyarderlərin sayı son bir ildə 23 nəfər artaraq 249-a çatıb.
"Manager Magazine" nəşri bu barədə apardığı araşdırmaların nəticələrini açıqlayıb.
Bu, jurnalın müvafiq qiymətləndirmələri aparmağa başladığı 2001-ci ildən bəri qeydə alınan ən yüksək rəqəmdir.
Ötən ildən etibarən ilk 500 iş adamının sərvəti 53 milyard avro artaraq 1,1 trilyon avroya çatıb ki, bu da yeni rekorddur. Almaniyada ən varlı şəxslərin siyahısına "Lidl" və "Kaufland" supermarketlərinin təsisçisi Dieter Şvarts başçılıq edir. Ümumi sərvəti 43,7 milyard avro olan D.Şvarts BMW-nin varisləri Susan Klatten və Stefan Quandtı (34,4 milyard avro) siyahının zirvəsindən kənarlaşdıraraq ilk pillədə yer alıb.
Qeyd edək ki, "Manager Magazine" nəşri qiymətləndirməni apararkən arxiv və pay sənədlərinə, sərvət və mülk idarəçilərinin, vəkillərin və bankların məlumatlarına əsaslanır.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























