"Göygöl ətrafında möhtəşəm kompleks yaradılır"
Azərbaycanda bütün sahələrdə olduğu kimi turizmin inkişaf etməsi istiqamətində də müxtəlif addımlar atılır.
Məlumata görə, bu istiqamətdə Azərbaycanın gözəl guşələrindən olan Göygöl rayonunda möhtəşəm turizm mərkəzi inşa edilir.
Məsələ ilə bağlı danışan Göygölün deputatı Rövşən Rzayev bildirib ki, kənd təsərrüfatı və turizmin inkişafına böyük önəm verilir.
“Azərbaycanın bütün bölgələrində turistlər üçün şəraitlər yaradılıb, o cümlədən də Göygöldə. Göygöl rayonu 1819-cu ildə almanlar tərəfindən inşa edilib, adı Yelenendorf olub. Buna görə də son zamanlar Göygölə almanlar tərəfindən çox böyük diqqət var və çoxlu sayda qonaqlar gəlir”.
R. Rzayev qeyd edib ki, yalnız Almaniyadan deyil, Azərbaycanın bölgələrindən, dünyanın başqa ölkələrindən də turistlər Göygöldə qonaq olurlar.
“Buna görə də bu istiqamətdə çox böyük işlər aparılıb, müxtəlif əyləncə yerləri yaradılır, beş ulduzlu otel tikilir. Və təbii ki, turistlərin gəlməsi üçün bütün şəraitlər yaradılıb.
Ondan da əlavə Göygöl rayonunun Göygöl gölü ətrafında möhtəşəm bir kompleks yaradılır, o komplekslərdə də həm Azərbaycan vətəndaşı, həm də əcnəbi vətəndaşların istirahət edəcəklər. Göygölə gələn qonaqların vaxtlarını səmərəli istifadəsi üçün bütün şəraitlər yaradılır”.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz


























